Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 325
Bakı şəhəri, 8 oktyabr 2014-cü il
Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‟Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
|
|
Əliyev Natiq Ağaəmi oğlu |
- Azərbaycan Respublikasının energetika naziri |
Kollegiyanın üzvləri:
|
|
Cavadov Gülməmməd Süleyman oğlu |
- Azərbaycan Respublikası energetika nazirinin müavini |
Abbasov Natiq Balaş oğlu |
- Azərbaycan Respublikası energetika nazirinin müavini |
Hüseynov İftixar Hüseyn oğlu |
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri |
Ağayev İbrahim Hümbət oğlu |
- Azərbaycan Respublikası Energetika Nazirliyinin hüquqi münasibətlər şöbəsinin müdiri |
Məmmədov Məhəbbət Aşır oğlu |
- Azərbaycan Respublikası Energetika Nazirliyinin dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri |
Məsimova Xalidə Məhəmməd qızı
|
- Azərbaycan Respublikası Energetika Nazirliyinin enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri |
Məmmədov Pərviz Həsən oğlu |
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi |
Zeynalov Asif Əli oğlu |
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi |
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
9 Oktyabr 2014, 15:10
17 Mart 2017, 09:03
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında ətraflı...
17 Mart 2017, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Mart 2017, 09:03
“Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...
17 Mart 2017, 09:03
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
17 Mart 2017, 09:03
F.C.İsmayılova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
17 Mart 2017, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə dəyişikliklər edilməsi barədə ətraflı...