"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 318
Bakı şəhəri, 1 oktyabr 2014-cü il
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.1-ci və 2.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1035) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında, preambulada, 1-ci və 2-ci hissələrdə "respublika səviyyəli" sözləri "ölkə səviyyəli" sözləri ilə əvəz edilsin.
2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Müəyyən edilsin ki:
3.1. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalar ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman, beynəlxalq gənclər tədbirlərinin keçirilməsinə şamil olunmur;
3.2. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalarla müəyyən edilmiş xərc normaları bu qərarın 3.1-ci bəndində göstərilənlər istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların dövlət büdcəsi üzrə xərclərində nəzərdə tutulan təxsisatlar çərçivəsində keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərə də tətbiq olunur;
3.3. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalar dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə də şamil olunur.".
3. Həmin qərarla təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları" üzrə:
3.1. adında, preambulada, 2-ci hissənin adında, 2.2-ci bənddə, 3-cü hissənin adında, 3.1-ci, 3.3-cü, 3.5-ci, 3.6-cı və 3.8-ci bəndlərdə "respublika səviyyəli" sözləri "ölkə səviyyəli" sözləri ilə əvəz edilsin;
3.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı öhdəliklərin götürülməsi
1.1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı öhdəliklərin götürülməsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.";
3.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün tələb olunan vəsaitlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın 2.5-ci bəndinə uyğun olaraq növbəti il üçün dövlət büdcəsində ayrıca sətirdə nəzərdə tutulur.";
3.4. Qaydalara əlavə - "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmişdir
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"na əlavə
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları
Sıra №-si |
Xərclər |
Xərc normaları |
1. Mehmanxana xərcləri (1 nəfər üçün) |
||
1.1. |
nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün
|
faktiki xərclərə görə ("lyuks" kateqoriyalı nömrənin qiymətindən yuxarı olmamaq şərtilə) |
1.2. |
nümayəndə heyətinin üzvləri üçün |
faktiki xərclərə görə ("standart" kateqoriyalı nömrənin qiymətindən yuxarı olmamaq şərtilə) |
2. Yemək xərcləri (1 nəfər üçün) |
||
2.1. |
nahar yeməyi |
40 manata qədər |
2.2. |
şam yeməyi |
60 manata qədər |
2.3. |
ziyafət (2 dəfədən artıq olmamaq şərtilə) |
80 manata qədər |
2.4. |
danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi |
10 manata qədər |
3. Dəftərxana xərcləri (1 nəfər üçün) |
||
3.1. |
nümayəndə heyətinin rəhbəri üçün |
60 manata qədər |
3.2. |
nümayəndə heyətinin üzvləri üçün |
30 manata qədər |
|
|
|
4. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri (1 nəfər üçün) |
||
4.1. |
nümayəndə heyətinin rəhbəri üçün |
100 manata qədər |
4.2. |
nümayəndə heyətinin üzvləri üçün |
50 manata qədər |
Qeydlər:
1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi zamanı Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edən şəxslər üçün bu xərc normaları (1-ci və 4-cü hissələri istisna olmaqla) tətbiq edilir.
2. Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi, habelə ziyafət verilməsi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır.
3. Mehmanxanalarda kateqoriyalar üzrə nömrələrin kirayə xərcləri xarici nümayəndə heyətlərinin və ayrı-ayrı rəsmi şəxslərin qəbul edildiyi şəhərin mehmanxanalarında qüvvədə olan tariflərə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Xarici ölkələrdən gələn qonaq yüksəkvəzifəli şəxs (qorunan şəxs) olduqda, qonağın yaşadığı mehmanxanada mühafizə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən təhkim olunmuş əməkdaşlar üçün otaqların kirayə haqqı təqdim edilən hesab əsasında ödənilir.
4. Mehmanxanalarda yerlər nümayəndə heyətini və ayrı-ayrı rəsmi şəxsləri qəbul edən təşkilatın tələbnaməsinə əsasən bronlaşdırılır.
5. Tərcümə xidmətlərinin ödənişi:
5.1. xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə tərcümə xidməti xərcləri tərcümə xidməti göstərən hüquqi və ya fiziki şəxslərlə real bazar qiymətlərinə uyğun olaraq bağlanmış müqavilə və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir;
5.2. xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı 5 nəfərdən az olmayan hər nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ilə müəyyən edilir;
5.3. xarici nümayəndə heyətinin say tərkibindən asılı olmayaraq, nümayəndə heyətinə (nümayəndəsinə) tərcümə xidmətinə görə 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxsin təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq edilir.
6. Xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə avtomobil nəqliyyatı xidməti xərcləri nəqliyyat xidməti göstərən və ya nəqliyyat vasitələrinin icarəsini təklif edən müəssisələrlə real bazar qiymətlərinə uyğun bağlanmış müqavilə əsasında saat hesabı ilə aşağıdakı qaydada ödənilir:
6.1. xərc normalarının 1.1-ci bəndində göstərilən şəxslər üçün banı "Sedan" tipli minik avtomobili ilə 1 gündə 12 saata qədər (tədbir keçirilən müddətdə respublikanın regionlarına səfər etmək zərurəti yarandıqda, habelə ölkənin beynəlxalq hava limanlarında uçuşların vaxt qrafiki nəzərə alınmaqla, daha artıq müddətə);
6.2. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərə qədər olduqda, nümayəndə heyətinin hər 3 üzvünə banı "Sedan" tipli 1 ədəd minik avtomobili ilə 1 gündə 10 saata qədər;
6.3. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərdən çox olduqda, üzvlərin sayından asılı olaraq müvafiq tipli avtobusla 1 gündə 10 saata qədər.
9 Oktyabr 2014, 15:1022 Fevral 2017, 09:02
“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
22 Fevral 2017, 09:02
M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında ətraflı...
21 Fevral 2017, 10:02
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
21 Fevral 2017, 10:02
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
21 Fevral 2017, 10:02
M.S.Əsədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
21 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
21 Fevral 2017, 09:02
Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
21 Fevral 2017, 09:02
Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması QAYDASI ətraflı...
21 Fevral 2017, 09:02
“Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında ətraflı...
21 Fevral 2017, 09:02
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 524-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...