Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
İbrahimova Aytən Ümid qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
Zeynalova Leyla Samir qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2014-cü il.
9 Oktyabr 2014, 09:1024 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...