"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 309

Bakı şəhəri, 16 sentyabr 2014-cü il

"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin

SİYAHISI

1.Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:

1.1. tikintiyə icazə;

1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;

1.3. tikinti obyektinin ünvanı haqqında arayış;

1.4. liftlərin istismara qəbulu aktı;

1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı;

1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;

1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;

1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);

1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;

1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;

1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);

1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.

2. Digər obyektlərə aşağıda qeyd edilən sənədlər əlavə olunmalıdır:

2.1. körpülər üzrə:

2.1.1. körpünün yük altında sınaq aktı;

2.2. avtomobil yolları üzrə:

2.2.1. yolun istismara hazırlığı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin aktı;

2.3. elektrik stansiyaları üzrə:

2.3.1. stansiyanın tam gücü ilə işləməsinə dair sınaq aktı;

2.3.2. yerləbirləşdirmə və ildırımötürücünün sınaq aktı;

2.3.3. elektrik stansiyalarının ətraf mühitə təsirinin yoxlanılması aktı;

2.3.4. maşın zallarında səs-küyün normaya uyğunluq aktı;

2.4. aeroportlar (hava limanları) üzrə:

2.4.1. uçuş-enmə zolağının yoxlanılması aktı;

2.4.2. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından uçuşlara icazə sənədi;

2.4.3. uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluq aktı;

2.4.4. uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında akt;

2.4.5. dispetçer avadanlıqlarının istismara yararlılıq aktı;

2.5. magistral boru kəmərləri üzrə:

2.5.1. boruların təyinatı üzrə doldurulması və onların sınaq aktı;

2.5.2. boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması aktı;

2.6. hidrotexniki qurğular üzrə:

2.6.1. su doldurulduqdan sonra bəndin susızması haqqında müayinə aktı;

2.6.2. su anbarlarındakı şlüzlərin yük altında sınaq aktı;

2.7. metro və tunellər üzrə:

2.7.1. mənzil tunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.7.2. havalandırma sisteminin effektivliyinin yoxlanılması aktı;

2.7.3. metro və kontakt relslərinin yük altında sınaq aktı;

2.7.4. eskalatorların istismara qəbul aktı;

2.7.5. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.8. dəmir yolları üzrə:

2.8.1. mənzil tunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.8.2. relslərin yük altında sınaq aktı;

2.8.3. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.9. qapalı idman qurğuları, konsert və sərgi salonları, mərasim zalları, kinoteatr və teatrlar üzrə:

2.9.1. quraşdırılmış səs, işıq, havalandırma, müşahidə və digər sistemlərin sınaq aktları;

2.9.2. aşırım konstruksiyalarının keyfiyyət sertifikatları və sınaq aktları;

2.9.3. asma konstruksiyaların yük altında sınaq aktı;

2.9.4. quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə və toztutma sistemlərinin sınaq aktları;

2.10. mürəkkəb və müasir texnologiyalı, iri sənaye və digər obyektlər üzrə:

2.10.1. obyektin təyinatı, istismarı və yeni tətbiq olunmuş elmi-texniki nailiyyətlərin son texnologiyasına uyğun olaraq quraşdırılmış avadanlıq və texnoloji proseslərin sınaq aktları.

 

30 Sentyabr 2014, 09:09

http://cabmin.gov.az/

851—860 / 10511

9 Fevral 2022, 18:02

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 Fevral 2022, 18:02

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2022, 07:02

Media haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2022, 07:02

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 Fevral 2022, 07:02

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 Fevral 2022, 07:02

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2022, 12:02

Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Fevral 2022, 07:02

Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2022, 07:02

74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Fevral 2022, 07:02

Y.M.Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...