"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 309
Bakı şəhəri, 16 sentyabr 2014-cü il
"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmişdir
Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin
SİYAHISI
1.Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:
1.1. tikintiyə icazə;
1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;
1.3. tikinti obyektinin ünvanı haqqında arayış;
1.4. liftlərin istismara qəbulu aktı;
1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı;
1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;
1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;
1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);
1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;
1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;
1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);
1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.
2. Digər obyektlərə aşağıda qeyd edilən sənədlər əlavə olunmalıdır:
2.1. körpülər üzrə:
2.1.1. körpünün yük altında sınaq aktı;
2.2. avtomobil yolları üzrə:
2.2.1. yolun istismara hazırlığı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin aktı;
2.3. elektrik stansiyaları üzrə:
2.3.1. stansiyanın tam gücü ilə işləməsinə dair sınaq aktı;
2.3.2. yerləbirləşdirmə və ildırımötürücünün sınaq aktı;
2.3.3. elektrik stansiyalarının ətraf mühitə təsirinin yoxlanılması aktı;
2.3.4. maşın zallarında səs-küyün normaya uyğunluq aktı;
2.4. aeroportlar (hava limanları) üzrə:
2.4.1. uçuş-enmə zolağının yoxlanılması aktı;
2.4.2. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından uçuşlara icazə sənədi;
2.4.3. uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluq aktı;
2.4.4. uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında akt;
2.4.5. dispetçer avadanlıqlarının istismara yararlılıq aktı;
2.5. magistral boru kəmərləri üzrə:
2.5.1. boruların təyinatı üzrə doldurulması və onların sınaq aktı;
2.5.2. boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması aktı;
2.6. hidrotexniki qurğular üzrə:
2.6.1. su doldurulduqdan sonra bəndin susızması haqqında müayinə aktı;
2.6.2. su anbarlarındakı şlüzlərin yük altında sınaq aktı;
2.7. metro və tunellər üzrə:
2.7.1. mənzil tunellərinin qabaritlərinin yoxlanılması aktı;
2.7.2. havalandırma sisteminin effektivliyinin yoxlanılması aktı;
2.7.3. metro və kontakt relslərinin yük altında sınaq aktı;
2.7.4. eskalatorların istismara qəbul aktı;
2.7.5. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;
2.8. dəmir yolları üzrə:
2.8.1. mənzil tunellərinin qabaritlərinin yoxlanılması aktı;
2.8.2. relslərin yük altında sınaq aktı;
2.8.3. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;
2.9. qapalı idman qurğuları, konsert və sərgi salonları, mərasim zalları, kinoteatr və teatrlar üzrə:
2.9.1. quraşdırılmış səs, işıq, havalandırma, müşahidə və digər sistemlərin sınaq aktları;
2.9.2. aşırım konstruksiyalarının keyfiyyət sertifikatları və sınaq aktları;
2.9.3. asma konstruksiyaların yük altında sınaq aktı;
2.9.4. quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə və toztutma sistemlərinin sınaq aktları;
2.10. mürəkkəb və müasir texnologiyalı, iri sənaye və digər obyektlər üzrə:
2.10.1. obyektin təyinatı, istismarı və yeni tətbiq olunmuş elmi-texniki nailiyyətlərin son texnologiyasına uyğun olaraq quraşdırılmış avadanlıq və texnoloji proseslərin sınaq aktları.
30 Sentyabr 2014, 09:09
12 Yanvar 2018, 10:01
Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Yanvar 2018, 10:01
“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Yanvar 2018, 10:01
“Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında ətraflı...
12 Yanvar 2018, 10:01
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Yanvar 2018, 10:01
Sabirabad Rayon Məhkəməsinin hakimi T.B.Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında ətraflı...
12 Yanvar 2018, 10:01
“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
12 Yanvar 2018, 09:01
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 970-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 Yanvar 2018, 09:01
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
11 Yanvar 2018, 09:01
Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında ətraflı...
11 Yanvar 2018, 09:01
2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında ətraflı...