Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 307

Bakı şəhəri, 12 sentyabr 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında

"ADA" Universitetinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1030) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda "Diplomatik Akademiyası" sözləri "ADA" Universiteti" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

19 Sentyabr 2014, 10:09

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...