Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyi tamam olur.

Rəfiq Zəka klassik poetik ənənələrin layiqli davamçısı kimi zəngin ədəbi fəaliyyəti dövründə meydana gətirdiyi əsərlərlə milli ədəbiyyata töhfələr vermişdir. Onun yaradıcılığının əsas istiqamətini vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümü təşkil etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və şair Rəfiq Zəka Xəndanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, şair Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 sentyabr 2014-cü il.

17 Sentyabr 2014, 09:09

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...