02.07.2013 [16:13]

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər başqa vəzifəyə dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Bayramov Azər Vahid oğlu,
Şəfiyev İspəndiyar Əsəd oğlu.

2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əhmədov Ceyhun Rasim oğlu,
Xasməmmədov Elçin İsgəndər oğlu,
Mehtiyev Fikrət Ədilşah oğlu,
Muxtarov Teyyub Asif oğlu,
Muradov Rəhman Şaban oğlu,
Süleymanov Loğman Srac oğlu.
3. Bu Qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.

O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri

Bakı şəhəri, 2 iyul 2013-cü il.

5 İyul 2013, 09:07

http://www.azertag.com/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...