Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Enrike Penya Nietoya
Hörmətli cənab Prezident,
Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Meksika əlaqələrinin genişlənməsi dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına bundan sonra da töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 sentyabr 2014-cü il.
16 Sentyabr 2014, 09:0924 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...