Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, №11, maddə 995; 2013, № 9, maddə 1048) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı hissənin ikinci cümləsinə “xidmətlərin göstərilməsindən” sözlərindən sonra “, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotunun aparılmasından” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə edilsin:
“7.3-1. Səyahət sənədi;”.
3. 7.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.7. “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə verilən iş icazəsi”;”.
4. 10-cü hissə üzrə:
4.1. 10.2-ci bənddə “Azərbaycan Respublikası ərazisində” sözlərindən sonra “müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması,” sözləri əlavə edilsin;
4.2. 10.3-cü bənddə “Azərbaycan Respublikası ərazisində” sözlərindən sonra “daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması,” sözləri əlavə edilsin;
4.3. 10.4-cü bənddə “Azərbaycan Respublikasında” sözlərindən sonra “müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müvafiq məlumatların toplanması,” sözləri əlavə edilsin;
4.4. 10.4-1-ci bənddə “fərdi icazələrin” sözləri “iş icazələrinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, iş icazəsi blankının” sözləri ilə əvəz edilsin;
4.5. 10.4-2-ci və 10.13-3-cü bəndlər ləğv edilsin;
4.6. aşağıdakı məzmunda 10.6-1-ci bənd əlavə edilsin:
“10.6-1. Səyahət sənədinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;”;
4.7. 10.9-cu bənddə “daimi yaşama hüququ (immiqrant statusu) əldə etmək” sözləri “daimi yaşama icazəsi almaq” sözləri ilə əvəz edilsin;
4.8. 10.10-cu bənddə “daimi yaşama hüququndan (immiqrant statusundan) qanunvericiliklə müəyyən olunmuş qaydada məhrum edilmiş” sözləri “daimi yaşamaq üçün icazəsi ləğv edilmiş” sözləri ilə əvəz edilsin;
4.9. 10.13-1-ci bənddə “fərdi icazə” sözləri və 10.13-2-ci bənddə “fərdi icazəsi” sözləri “iş icazəsi” sözləri ilə əvəz edilsin;
4.10. 10.17-ci bənddə “qəbul edilmiş” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış” sözləri əlavə edilsin.
5. aşağıdakı məzmunda 10.18-1-ci bənd əlavə edilsin:
“10.18-1. ölkədə olması arzuolunmaz hesab edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;”.
6. 11-ci hissə üzrə:
6.1. 11.2.0-cı yarımbənddən “müvəqqəti olma müddətinin uzadılması,”, “və immiqrant” sözləri çıxarılsın və həmin yarımbənddə “müvəqqəti yaşamaq” sözləri “müvəqqəti və ya daimi yaşamaq” sözləri ilə əvəz edilsin;
6.2. 11.5.6-cı yarımbənddə “fərdi icazələrin” sözləri “iş icazələrinin” sözləri ilə əvəz edilsin.
7. 13-cü hissə üzrə:
7.1. 13.1.8-ci yarımbənddən “, habelə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan” sözləri çıxarılsın;
7.2. aşağıdakı məzmunda 13.2.2-1-ci və 13.2.2-2-ci yarımbəndlər əlavə edilsin:
“13.2.2-1. ölkədə olması arzuolunmaz hesab edilən şəxslər haqqında;
13.2.2-2. barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;”;
7.3.13.2.4-cü yarımbənddə “müvəqqəti yaşamaq” sözləri “müvəqqəti və ya daimi yaşamaq” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “immiqrant və” sözləri çıxarılsın;
7.4.13.4.0-cı yarımbənddə “daimi yaşamaq hüququ (immiqrant statusu)” sözləri “daimi yaşamaq üçün icazə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2014-cü il.
12 Sentyabr 2014, 09:093 Aprel 2014, 10:04
Səyahət sənədinin spesifikasiya ətraflı...
3 Aprel 2014, 10:04
Səyahət sənədi haqqında ətraflı...
3 Aprel 2014, 10:04
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün ətraflı...
3 Aprel 2014, 09:04
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 09:04
Ə.C.Seyidovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
3 Aprel 2014, 09:04
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə ətraflı...
3 Aprel 2014, 09:04
Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 Aprel 2014, 13:04
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
2 Aprel 2014, 13:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə ətraflı...
2 Aprel 2014, 09:04
İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...