Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.6-cı bənddən “qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq” sözləri çıxarılsın və həmin bənddə “həll etmək” sözlərindən sonra “, habelə məsələ müsbət həll edildikdə, həmin şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsini təmin etmək” sözləri əlavə edilsin.
2. 9.7-ci bənddə “yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusu vermək” sözləri “və ya daimi yaşamaq üçün icazə vermək, o cümlədən həmin şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsini təmin etmək” sözləri ilə əvəz edilsin.
3. 9.8-ci bənddə “müvəqqəti” sözündən sonra “və ya daimi” sözləri əlavə edilsin və həmin bənddən “, həmçinin immiqrant statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlər görmək” sözləri çıxarılsın.
4. 9.11-1-ci bənddən “Azərbaycan Respublikasının ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazə vermək,” sözləri çıxarılsın və həmin bənddə (hər iki halda) “fərdi icazələri” sözləri “iş icazələrini” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 9.11-2-ci bənd əlavə edilsin:
“9.11-2. iş icazəsinin qüvvədə olma qaydalarına nəzarət etmək;”.
6. 9.12-ci bənddə “fərdi icazələrə” sözləri “iş icazələrinə” sözləri ilə əvəz edilsin.
7. 9.14-cü bənddə “tədbirlər görmək” sözlərindən sonra “və həmin tədbirləri əlaqələndirmək” sözləri əlavə edilsin.
8. Aşağıdakı məzmunda 9.20-1-ci bənd əlavə edilsin:
“9.20-1. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda səyahət sənədi vermək;”.
9.9.21-1-ci bənddə “fərdi icazəsi” sözləri “iş icazəsi” sözləri ilə əvəz edilsin.
10.10.3-cü bənddə “müvəqqəti olma” sözləri “müvəqqəti olma müddətinin uzadılması” sözləri ilə, “fərdi icazələr” sözləri “iş icazələri” sözləri ilə əvəz edilsin.
11.10.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“10.8. aidiyyəti dövlət orqanlarının iştirakı ilə Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üzrə təlim-tədris işini təşkil etmək;”.
12.10.11-ci bənddə “immiqrant və qaçqın statuslarından” sözləri “qaçqın statusundan” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2014-cü il.
12 Sentyabr 2014, 09:09
15 Noyabr 2016, 10:11
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
15 Noyabr 2016, 10:11
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 342-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Noyabr 2016, 10:11
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 09:11
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
15 Noyabr 2016, 09:11
“Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 729 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
15 Noyabr 2016, 09:11
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 09:11
“Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının ləğv edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 09:11
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 09:11
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Noyabr 2016, 09:11
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...