Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına

Hörmətli sərgi iştirakçıları!

Əziz qonaqlar!

Sizi “ADEX – 2014” Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ölkələrimizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Belə bir sərginin ilk dəfə regionun böyük iqtisadi potensiala malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkili heç də təsadüfi deyildir. Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il “Sənaye ili” elan olunmuş və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılmışdır. Bu baxımdan ümidvaram ki, sərginiz ənənəvi xarakter alaraq öz əhatə dairəsini davamlı surətdə genişləndirəcəkdir.

Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırmışdır. Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsini hər zaman diqqət mərkəzində saxlayır, qəbul edilmiş Hərbi Doktrina çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir.

İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaqdır.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2014-cü il.

12 Sentyabr 2014, 09:09

http://www.azertag.net

6751—6760 / 10511

6 İyun 2016, 09:06

Ə.M.Abasovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

6 İyun 2016, 09:06

Su təsərrüfatı və meliorasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

6 İyun 2016, 09:06

Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

3 İyun 2016, 09:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 255-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...