Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına
Hörmətli sərgi iştirakçıları!
Əziz qonaqlar!
Sizi “ADEX – 2014” Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ölkələrimizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Belə bir sərginin ilk dəfə regionun böyük iqtisadi potensiala malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkili heç də təsadüfi deyildir. Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il “Sənaye ili” elan olunmuş və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılmışdır. Bu baxımdan ümidvaram ki, sərginiz ənənəvi xarakter alaraq öz əhatə dairəsini davamlı surətdə genişləndirəcəkdir.
Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırmışdır. Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsini hər zaman diqqət mərkəzində saxlayır, qəbul edilmiş Hərbi Doktrina çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir.
İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaqdır.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2014-cü il.
12 Sentyabr 2014, 09:097 Sentyabr 2017, 10:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin NİZAMNAMƏSİ ətraflı...
7 Sentyabr 2017, 10:09
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
7 Sentyabr 2017, 10:09
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
7 Sentyabr 2017, 10:09
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının yaradılması haqqında 1992-ci il 13 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
6 Sentyabr 2017, 10:09
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...
6 Sentyabr 2017, 10:09
“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...