Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına
Hörmətli sərgi iştirakçıları!
Əziz qonaqlar!
Sizi “ADEX – 2014” Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ölkələrimizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Belə bir sərginin ilk dəfə regionun böyük iqtisadi potensiala malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkili heç də təsadüfi deyildir. Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il “Sənaye ili” elan olunmuş və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılmışdır. Bu baxımdan ümidvaram ki, sərginiz ənənəvi xarakter alaraq öz əhatə dairəsini davamlı surətdə genişləndirəcəkdir.
Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırmışdır. Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsini hər zaman diqqət mərkəzində saxlayır, qəbul edilmiş Hərbi Doktrina çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir.
İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaqdır.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2014-cü il.
12 Sentyabr 2014, 09:0922 Dekabr 2020, 20:12
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
22 Dekabr 2020, 20:12
Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Dekabr 2020, 18:12
“Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
19 Dekabr 2020, 19:12
“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
18 Dekabr 2020, 18:12
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Dekabr 2020, 18:12
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Dekabr 2020, 18:12
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Dekabr 2020, 20:12
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə Nazirlər Kabinetinin Sərəncamı ətraflı...
16 Dekabr 2020, 19:12
E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Dekabr 2020, 19:12
E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...