15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının TƏSVİRİ
Əlavə I
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 9 sentyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı (bundan sonra - identifikasiya kartı) 85,6 mm x 54 mm ölçülüdür.
2. İdentifikasiya kartının üz tərəfinin sol hissəsində 5 yaşı tamam olmuş kart sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur.
3. İdentifikasiya kartının üz tərəfinin:
3.1. yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, bayrağın təsvirindən sonra “15 YAŞI TAMAM OLMAMIŞ AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ FƏRDİ İDENTİFİKASİYA KARTI” sözləri yazılır, yuxarı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur;
3.2. orta hissəsində “SOYADI”, “ADI, “ATASININ ADI”, “CİNSİ”, “QAN QRUPU”, “DOĞULDUĞU TARİX”, “DOĞULDUĞU YER”, “FƏRDİ İDENTİFİKASİYA NÖMRƏSİ”, “KARTIN NÖMRƏSİ” (iki latın hərfindən və yeddi rəqəmdən ibarətdir), “ETİBARLILIQ MÜDDƏTİ” sözləri yazılır.
4. İdentifikasiya kartının arxa tərəfinin:
4.1. orta hissəsində “ATA” və “ANA” sözləri yazılır;
4.2. orta hissəsinin solunda elektron daşıyıcı (çip), aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq maşınla oxuna bilən üçzolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.
5. İdentifikasiya kartında Azərbaycan Respublikasının dövlət rəmzləri, xəritəsi və tarixi abidələri təsvir olunur.
11 Sentyabr 2014, 09:0924 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...