Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə KNF-Polşanın Maliyyə Nəzarəti Agentliyi arasında ikitərəfli əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə KNF-Polşanın Maliyyə Nəzarəti Agentliyi arasında ikitərəfli əməkdaşlıq haqqında 2014-cü il mayın 21-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilsin.
2.Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2014-cü il.
10 Sentyabr 2014, 09:0924 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...