Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı vəƏrzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsindəəməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında 2014-cü il iyunun 30-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 sentyabr 2014-cü il.

10 Sentyabr 2014, 09:09

http://www.azertag.net

10271—10280 / 10511

26 Fevral 2014, 09:02

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

26 Fevral 2014, 09:02

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında ƏSASNAMƏ   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin STRUKTURU   ətraflı...

21 Fevral 2014, 09:02

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

20 Fevral 2014, 10:02

"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında   ətraflı...

19 Fevral 2014, 17:02

R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 Fevral 2014, 08:02

Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Fevral 2014, 09:02

A.M. Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında   ətraflı...