Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2014-cü il.
2 Sentyabr 2014, 09:0917 May 2017, 09:05
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 May 2017, 09:05
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 559-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 May 2017, 09:05
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 May 2017, 09:05
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 561-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 May 2017, 09:05
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 May 2017, 09:05
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 560-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 May 2017, 09:05
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 May 2017, 09:05
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 562-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 May 2017, 09:05
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 May 2017, 09:05
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında ətraflı...