Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş və bir sıra mühüm infrastruktur layihələri icra edilmişdir.
Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Su Elektrik Stansiyası, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər tikilmiş, Mədəniyyət Sarayı və Şahmat Məktəbi yenidən qurulmuş, Tikiş Fabriki inşa edilərək istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Horadiz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Füzuli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2014-cü il.
1 Sentyabr 2014, 09:092 Fevral 2015, 09:02
"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nın və "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
2 Fevral 2015, 09:02
2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında ətraflı...
29 Yanvar 2015, 09:01
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
29 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
29 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...
28 Yanvar 2015, 09:01
M.H.Məmmədovun Göyçay rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Yanvar 2015, 09:01
M.A.Ağayevin Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
28 Yanvar 2015, 09:01
Y.Q.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Yanvar 2015, 09:01
M.H.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
28 Yanvar 2015, 09:01
Y.Q.Məmmədovun Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...