Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş və bir sıra mühüm infrastruktur layihələri icra edilmişdir.

Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Su Elektrik Stansiyası, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər tikilmiş, Mədəniyyət Sarayı və Şahmat Məktəbi yenidən qurulmuş, Tikiş Fabriki inşa edilərək istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Horadiz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Füzuli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 avqust 2014-cü il.

1 Sentyabr 2014, 09:09

http://www.azertag.net

6411—6420 / 10511

3 Oktyabr 2016, 09:10

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ   ətraflı...

3 Oktyabr 2016, 09:10

Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqında   ətraflı...

3 Oktyabr 2016, 09:10

Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında   ətraflı...

3 Oktyabr 2016, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

3 Oktyabr 2016, 09:10

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

3 Oktyabr 2016, 09:10

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədəh   ətraflı...

29 Sentyabr 2016, 11:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 363   ətraflı...

29 Sentyabr 2016, 11:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 362   ətraflı...

30 Sentyabr 2016, 10:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 360   ətraflı...

29 Sentyabr 2016, 11:09

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 364   ətraflı...