Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş və bir sıra mühüm infrastruktur layihələri icra edilmişdir.

Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Su Elektrik Stansiyası, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər tikilmiş, Mədəniyyət Sarayı və Şahmat Məktəbi yenidən qurulmuş, Tikiş Fabriki inşa edilərək istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Horadiz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Füzuli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 avqust 2014-cü il.

1 Sentyabr 2014, 09:09

http://www.azertag.net

3941—3950 / 10511

13 Mart 2018, 08:03

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

T.V.Hüseynova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

Ş.S.Heydərova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Mart 2018, 08:03

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2018, 08:03

Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...