Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 280

Bakı şəhəri, 15 avqust 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilməsi barədə

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 409 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

"1.8. Daşıyıcının avtonəqliyyat vasitəsinin, habelə Azərbaycan Respublikasının "Avtomobil nəqliyyatı haqqında" Qanununun 53-cü, 54-cü və 55-ci maddələri ilə nəzərdə tutulmuş məsuliyyətinin sığortası könüllü qaydada həyata keçirilir.".

2. 10-cu hissənin adında "pretenziya və iddiaların" sözləri "pretenziyaların" sözü ilə əvəz edilsin.

3. 10.9-cu bəndin birinci cümləsindən hər iki halda "və ya iddia" sözləri çıxarılsın.

4. 10.14-cü və 10.22-ci bəndlər ləğv edilsin.

5. 40-cı hissənin adında "Pretenziya və iddiaların" sözləri "Pretenziyaların" sözü ilə əvəz edilsin.

6. 42.1.13-cü yarımbənd ləğv edilsin.

7. 48.14-cü bənddə "Pretenziya və ya iddianı" sözləri "Pretenziyanı" sözü ilə əvəz edilsin, ", pretenziya təqdim edilmədikdə isə iddianın təqdim edildiyi gündən" sözləri çıxarılsın.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

26 Avqust 2014, 09:08

http://cabmin.gov.az/

6591—6600 / 10511

26 İyul 2016, 10:07

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verilməsinə dair   ətraflı...

25 İyul 2016, 09:07

Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

25 İyul 2016, 09:07

Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

25 İyul 2016, 09:07

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

22 İyul 2016, 09:07

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

22 İyul 2016, 09:07

Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında   ətraflı...

21 İyul 2016, 09:07

“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

21 İyul 2016, 09:07

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Seneqal Respublikasının Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

21 İyul 2016, 09:07

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə   ətraflı...

21 İyul 2016, 09:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...