"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 276
Bakı şəhəri, 13 avqust 2014-cü il
"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 4.2.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmişdir
Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə
PROQRAM
1. Giriş
1.1. Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram (bundan sonra - Proqram) Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 4.2.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Proqramın hazırlanması zamanı "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 161-IIQ nömrəli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydası"na və 2006-cı il 26 yanvar tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları"na istinad edilmişdir.
2. Əsas anlayışlar
2.1. Proqramda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur;
2.1.2. narkoloji yardım - narkoloji xəstələrin, o cümlədən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin, psixoloji vəziyyətinin qiymətləndirilməsinə və onların müalicə edilməsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı müşahidədir;
2.1.3. narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir;
2.1.4. narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir;
2.1.5. abstinent sindromu - insan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato-vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyətdir;
2.1.6. detoksifikasiya - insan psixikasına təsir göstərən maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılmasıdır;
2.1.7. narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir;
2.1.8. həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir.
3. Proqramın məqsədi
3.1. Proqramın məqsədi aşağıdakılardır:
3.1.1. narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə-reabilitasiya və resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatın azaldılması;
3.1.2. narkotik istifadəçilərinin proqram çərçivəsində aşkar edilməsi və proqramlara cəlb edilməsi sisteminin yaradılması;
3.1.3. narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;
3.1.4. narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi;
3.1.5. narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi;
3.1.6. əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi;
3.1.7. kompleks reabilitasiya kursunu müvəffəqiyyətlə yekunlaşdırmış narkotik istifadəçilərinin resosializasiya və postreabilitasion sosial patronatlıq sisteminin təşkili.
4. Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi
4.1. Hər bir narkoloji tibb müəssisəsində narkomanlığın müalicəsində xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsi və aparılacaq müalicənin adekvat olması üçün ixtisaslı kadrların olması və aşağıdakı müayinələrin keçirilməsi vacibdir:
4.1.1. kliniki, biokimyəvi, toksikoloji və seroloji laborator müayinələr;
4.1.2. götürülmüş qan, tük və sidik nümunəsində narkotik vasitə və psixotrop maddələrdən istifadəni aşkar etmək məqsədi ilə müasir laborator müayinələr;
4.1.3. funksional müayinə - elektrokardioqrafiya, elektroensefaloqrafiya;
4.1.4. rentgenoloji müayinə;
4.1.5. ultrasəs müayinəsi;
4.1.6. insanın immunçatışmazlığı virusunun, B və C hepatitlərinin, sifilisin müayinəsi.
4.2. Narkoloji yardım aşağıdakı mərhələlərdə həyata keçirilir:
4.2.1. narkoloji yardımın ilkin-profilaktik mərhələsi;
4.2.2. ilkin narkoloji yardım mərhələsi;
4.2.3. ambulator müalicə və reabilitasiya mərhələsi;
4.2.4. stasionar müalicə və reabilitasiya mərhələsi;
4.2.5. residiv əleyhinə və dəstəkləyici müalicə mərhələsi.
4.3. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin müalicəsində elmin son nailiyyətlərinə əsaslanan üsullardan istifadə edilir və bu üsullar üç mərhələdə həyata keçirilir:
4.3.1. birinci mərhələ - abstinent sindromunun aradan qaldırılması;
4.3.2. ikinci mərhələ - remissiyanın formalaşması;
4.3.3. üçüncü mərhələ - remissiyanın stabilləşməsi.
4.4. Narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən tətbiq edilir. Ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalarına daxil edilməlidir. Narkoloji xəstənin qəbul etdiyi müalicə kursundan sonra aparılan sosial-psixoloji reabilitasiya kursu onun fərdi tələbatına uyğun olmalıdır.
4.5. Həkim-narkoloq psixoloqla birlikdə hər bir narkoloji xəstənin fərdi müalicə, sosial-psixoloji reabilitasiya və sonrakı müşahidə proqramını tərtib etməlidir.
4.6. Ayrı-ayrı müalicə üsullarının tətbiqi və narkoloji xəstənin müalicə müddəti xəstənin mənafeyi nəzərə alınmaqla, həkim-narkoloq tərəfindən tibbi göstəricilər əsasında müəyyən edilir.
4.7. Opioid asılılığının əvəzedici müalicəsinin (detoksikasiya və ya yardımçı terapiyanın) tətbiqinə dövlət narkoloji tibb müəssisələrində icazə verilir.
5. İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi
5.1. Detoksifikasiya narkoloji tibb müəssisəsində təşkil olunmuş intensiv terapiya palatasında həyata keçirilir.
5.2. İstisna hallarda xəstənin həyatı üçün bilavasitə təhlükə yarandıqda, detoksifikasiya digər tibb müəssisələrində (reanimasiya, toksikologiya şöbələrində) həyata keçirilə bilər. Xəstənin həyatı üçün təhlükə aradan qaldırıldıqdan sonra o, narkoloji tibb müəssisəsinə köçürülməlidir.
5.3. Detoksifikasiya müddəti narkoloji xəstənin psixi və somatik vəziyyətindən asılı olaraq müəyyən edilir.
5.4. Detoksifikasiya əsasən dezintoksikasiya, hemosorbsiya və plazmaferez metodları ilə həyata keçirilir.
5.5. Göstərilən detoksifikasiya metodları aşağıdakı hallarda tətbiq edilir:
5.5.1. narkoloji xəstəliklərlə əlaqədar həyat üçün təhlükə yaradan vəziyyətlərin mövcudluğunda;
5.5.2. narkoloji xəstəliklərlə yanaşı, digər xəstəliklər olduqda;
5.5.3. xəstələrin arzusu ilə (yazılı şəkildə) seçilən detoksifikasiya üsulunun həkim məsləhət komissiyasının qərarı əsasında qiymətləndirilməsində və təyininin mümkünlüyündə.
5.6. Opioidlərin istifadəsi nəticəsində narkomanlığa düçar olmuş şəxslərin əvəzedici dərman preparatları ilə detoksifikasiyası stasionar və ya ambulator şəraitdə aparılır. Stasionar detoksifikasiya qısamüddətli, ambulator detoksifikasiya isə qısamüddətli (1 ayadək), ortamüddətli (3 ayadək) və uzunmüddətli (6 ayadək) olur.
5.7. Xəstələrin detoksifikasiyasında kompleks terapevtik yanaşma tələb olunur. Müalicənin bütün mərhələlərində isə fərdi psixoterapevtik təsir metodlarından istifadə edilməlidir.
5.8. Aparılmış müalicədən sonra xəstələrin könüllü qaydada reabilitasiya proqramlarında iştirak etmələrinin həmin şəxslərin uzunmüddətli remissiyada olmaları və ya ömürlərinin sonunadək narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadədən imtina etmələrində böyük əhəmiyyəti vardır.
6. Narkomanlığa düçar olmuş şəxslərin reabilitasiyası
6.1. Məqsəd qrupları reabilitasiya potensialına əsasən diferensiasiya edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərdir.
6.2. Reabilitasiya proqramının məqsədi aşağıdakılardır:
6.2.1. yüksək reabilitasiya potensialına malik xəstələrdə dayanıqlı remissiyaya nail olmaq;
6.2.2. orta reabilitasiya potensialına malik xəstələrdə normativ şəxsiyyət statusunun bərpası və mümkün qədər davamlı remissiyaya nail olmaq;
6.2.3. aşağı reabilitasiya potensialına malik xəstələrdə zərəri azaltmaq və neqativ nəticələri minimuma endirmək (birinci mərhələ).
6.3. Bu Proqramın 6.2-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:
6.3.1. xəstənin narkotik vasitə və psixotrop maddə qəbulundan qəti şəkildə imtina etməsinə və reabilitasiya prosesinə fəal qoşulmasına meyilin formalaşdırılması;
6.3.2. xəstədə narkotik vasitə və psixotrop maddə qəbuluna patoloji meyilin qeyri-aktuallaşmasına yönəldilən kompleks farmakoloji və psixoterapevtik tədbirlərin yerinə yetirilməsi;
6.3.3. affektiv və davranış pozuntularının korreksiyası;
6.3.4. somatik disfunksiyaların korreksiyası və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması;
6.3.5. şəxsiyyətin pozitiv inkişafının təmin edilməsi məqsədi ilə strukturun korreksiyası;
6.3.6. pozitiv ailədaxili əlaqələrin bərpası;
6.3.7. sosial əlaqələrin bərpası, əmək readaptasiyası.
7. Narkotik istifadəçilərinin aşkar edilməsi, müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə proqramlara cəlb olunması
7.1. Müalicə-reabilitasiya və resosializasiya proqramlarının həyata keçirilməsi narkotik istifadəçilərinin aşkar edilməsi və onların müalicə-reabilitasiya və resosializasiya proqramlarına cəlb olunmasını təmin edən tədbirlər sisteminin yaradılmasını tələb edir.
7.2. Narkotik istifadəçilərinin müstəqil olaraq kompleks reabilitasiya və resosializasiya xidmətlərinin göstərilməsi üçün müraciət etmələrinə bütün zəruri şərtlər yaradılmalıdır. Belə bir müraciətin edilməsinə köməkliyi narkotik istifadəçisinin özü, eləcə də onun mikrososial ətrafı (dəyər verdiyi yaxınları) göstərməlidirlər.
7.3. Bu istiqamətdə narkotik istifadəçilərinin aşkarlanması aşağıdakı mütəxəssislər tərəfindən həyata keçirilir:
7.3.1. təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə təşkilatlarının tibb işçiləri;
7.3.2. pedaqoji işçilər, psixoloqlar və digər tədris müəssisəsinin mütəxəssisləri;
7.3.3. yetkinlik yaşına çatmayanların nəzarətdən kənarda qalmaması və hüquq pozuntularının profilaktikası sistemi üzrə mütəxəssislər;
7.3.4. psixoloqlar, sosial iş üzrə mütəxəssislər, narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proqramını keçmələri üçün cəlbetməni həyata keçirən təşkilatların məsləhətçiləri və könüllüləri;
7.3.5. hərbi-həkim komissiyalarının həkim-narkoloqları;
7.3.6. ədliyyə orqanlarının həkim-narkoloqları və ittiham edilənlər və məhkumlarla psixoloji və sosial iş üzrə mütəxəssislər.
7.4. Narkotik istifadəçisinin proqramlara könüllü qaydada müraciəti təmin edilməlidir.
7.5. Narkotik istifadəçisinə və onun mikrososial əhatəsinə fəal motivasion təsir göstərilməlidir. Motivasion təsir xəstənin yaxın ətrafı, tibb işçiləri, sosial işçilər tərəfindən göstərilir.
7.6. Diskriminasiyaya yol verilməməlidir.
7.7. Narkotik istifadəçisinin səhhəti həkim-narkoloq və digər həkim-mütəxəssislər tərəfindən qiymətləndirilir və nəticələrdən asılı olaraq həkim-narkoloq tərəfindən müvafiq müalicə-reabilitasiya proqramına yönəldilir.
8. Reabilitasiya və resosializasiya tədbirlərinin həyata keçirilməsinin əsas prinsipləri
8.1. Reabilitasiya və resosializasiya tədbirlərinin həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
8.1.1. xəstənin reabilitasiya proqramında iştirakının könüllülüyü;
8.1.2. müalicə-reabilitasiya metodlarının seçimində fərdi yanaşma;
8.1.3. anonimliyin təmin edilməsi;
8.1.4. etibarlılıq və partnyorluq;
8.1.5. qarşılıqlı məsuliyyət;
8.1.6. bioloji və psixoterapevtik təsir metodlarının vəhdəti;
8.1.7. müalicə-reabilitasiya prosesinin mərhələliyi.
9. Müalicə-reabilitasiya proqramından sonrakı sosial patronaj və resosializasiya
9.1. Müalicə-reabilitasiya mərhələsini keçən şəxslərdə narkotiklərdən qəti imtina barədə qərarın formalaşması resosializasiya və əmək reinteqrasiyası şəraitində davam etdirilir.
9.2. Narkotiklərdən imtina etmiş şəxslərin resosializasiyası terapevtik icmalarda və qarşılıqlı yardım qruplarında keçirilir.
9.3. Sosial dezadaptasiyanın, motivasiyanın və səhhətinin vəziyyətindən, situasion və digər faktorlardan asılı olaraq, resosializasiya reabilitasiya ilə eyni zamanda həyata keçirilə bilər.
9.4. Narkotik vasitə istifadəçisi müalicə-reabilitasiya və resosializasiya proqramını bitirdikdən sonra 2 (iki) il müddətində onda residiv müşahidə edilmədikdə və həmin şəxs bu müddətdə sosial münasibətlərini tam bərpa etdikdə nəticə uğurlu hesab edilir.
9.5. Reabilitasiya kursu keçmiş və narkotiklərdən imtina etmiş şəxslərin, eləcə də tərkibində narkotik istifadəçisi olan ailələrin reabilitasiyadan sonrakı sosial patronajı, səhiyyə, təhsil müəssisələri ilə əlaqəli əhalinin sosial müdafiə işçiləri tərəfindən həyata keçirilir.
9.6. Reabilitasiyadan sonrakı sosial patronaj narkotiklərdən imtina edilən bütün dövr ərzində aşağıda göstərilən üsullarla həyata keçirilir:
9.6.1. patronajı həyata keçirən təşkilatın nümayəndələrinin yaşayış yeri üzrə nəzarəti;
9.6.2. müəyyən olunmuş vaxtda reabilitasiya kursu keçmiş narkotik istifadəçisinin dövri müayinə məqsədi ilə ərazi üzrə narkoloji müəssisəyə gəlməsinin təmin edilməsi;
9.6.3. sosial psixoloji konsultasiyalar, kompleks reabilitasiya kursu keçmiş şəxslərin dəstəkləmə qruplarında iştirakının təmin edilməsi;
9.6.4. orta təhsilin, peşə təhsilinin alınmasına və ya davam etdirilməsinə, işlə təmin olunmasına yardım göstərilməsi.
10. Proqramın maliyyələşdirilməsi
10.1. Proqramda göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
11. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı
Sıra №-si |
Tədbirin adı |
İcraçı orqanlar |
İcra müddəti (illər üzrə) |
1 |
2 |
3 |
4 |
11.1. |
Respublika ərazisində bütün narkoloji xidmət strukturlarını əlaqələndirən vahid şəbəkənin və elektron məlumat bazasının yaradılması |
Səhiyyə Nazirliyi |
2014-2015 |
11.2. |
Müalicənin müasir standartlara uyğun həyata keçirilməsi məqsədi ilə narkoloji tibb müəssisələrinin kadrlarla təmin edilməsi |
Səhiyyə Nazirliyi |
mütəmadi |
11.3. |
Mütəxəssislərin narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə qabaqcıl təcrübəsi olan ölkələrə təkmilləşmə kurslarına göndərilməsi |
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
11.4. |
Narkoloji tibb müəssisələrində çalışan mütəxəssislərə yeni müalicə-reabilitasiya üsullarının geniş tətbiqi üzrə təlimlərin keçirilməsi |
Səhiyyə Nazirliyi |
mütəmadi |
11.5.
|
Respublika Narkoloji Mərkəzində reabilitasiya şöbəsinin yaradılması |
Səhiyyə Nazirliyi |
2014-2015 |
11.6.
|
Narkoloji tibb müəssisələrində müasir standartlara cavab verən laboratoriyaların yaradılması |
Səhiyyə Nazirliyi |
2014-2018 |
11.7. |
Uşaq, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən asılılığa meyilli şəxslərin aşkar edilərək, onların reabilitasiya proqramlarına cəlb edilməsi |
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
mütəmadi |
11.8. |
Narkomanlığa qarşı ilkin profilaktik yardım texnologiyaları barədə əhalinin məlumatlandırılması |
Səhiyyə Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası |
mütəmadi |
11.9. |
"Zərərin azaldılması" proqramının təbliğ edilməsi |
Səhiyyə Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası |
mütəmadi |
11.10. |
Narkoloji xəstələrə reabilitasiyadan sonrakı patronaj və resosializasiya xidmətinin təşkili |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi |
mütəmadi |
22 Avqust 2014, 10:08
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli 69 nömrəli, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun “İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli, “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 619 nömrəli, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 311 nömrəli və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli, “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 dekabr tarixli 212 nömrəli, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 18 yanvar tarixli 261 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında” 2000-ci il 11 fevral tarixli 281 nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 388 nömrəli və “Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 28 noyabr tarixli 422 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 3 mart tarixli 390 nömrəli, “2011-ci il mayın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 27 iyul tarixli 486 nömrəli, “2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 7 fevral tarixli 582 nömrəli və “2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 dekabr tarixli 783 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 257 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1060 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1262 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1696 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 653 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 dekabr tarixli 762 nömrəli, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununun tətbiqi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 25 iyun tarixli 919 nömrəli, “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2013-cü il 1 noyabr tarixli 18 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 42 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 16 dekabr tarixli 330 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 83 nömrəli, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 3 iyun tarixli 101 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 174 nömrəli və “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 21 dekabr tarixli 187 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Yaponiya arasında əməkdaşlığın genişləndirilməsi tədbirləri haqqında” 1998-ci il 10 mart tarixli 758 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 1035 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli 2837 nömrəli, “2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli 202 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” 2016-cı il 14 yanvar tarixli 1694 nömrəli, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli və “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması və təqdim olunması barədə” 2018-ci il 5 fevral tarixli 3643 nömrəli, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 12 fevral tarixli 3660 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 38 nömrəli, “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” 1997-ci il 27 noyabr tarixli 697 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” 1998-ci il 19 may tarixli 804 nömrəli, “Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında” 1998-ci il 2 iyul tarixli 845 nömrəli, “Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında” 1999-cu il 13 fevral tarixli 78 nömrəli, “Azərbaycan Respublikası “Metallurgiya” Dövlət Şirkətinin ləğv edilməsi haqqında” 2000-ci il 4 may tarixli 405 nömrəli, “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 647 nömrəli, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 648 nömrəli, “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 28 mart tarixli 651 nömrəli, “Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 671 nömrəli, “Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 674 nömrəli və “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 2002-ci il 25 mart tarixli 893 nömrəli, “Xüsusi maşınqayırma və konversiya sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2003-cü il 19 mart tarixli 1178 nömrəli, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” 2003-cü il 19 iyun tarixli 1251 nömrəli, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2006-cı il 29 iyun tarixli 1540 nömrəli, “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 2006-cı il 23 avqust tarixli 1635 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli, “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 12 mart tarixli 2027 nömrəli və “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007–2010-cu illər)” təsdiq edilməsi haqqında” 2007-ci il 12 aprel tarixli 2089 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...