"Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 272

Bakı şəhəri, 8 avqust 2014-cü il

"Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"nin 14-cü bəndinə əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, №12, maddə 1108) 1-ci hissəsinin "Kollegiyanın üzvləri" bölməsi aşağıdakı redaksiyada verilsin:

 

"Kollegiyanın üzvləri:

 

Əsgər Adil oğlu Rəsulov

- Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin müavini

 

Fəxrəddin Adil oğlu Cəfərov

- Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi

 

Cəmilə Rüstəm qızı Abasova

- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat - metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri

 

Həsən Abdulla oğlu Həsənov

- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri

 

Emin Məmmədağa oğlu Sərdarov

 

- Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru

 

Vüqar İsa oğlu Tapdıqlı

- Azərbaycan Respublikası Dövlət Kino-foto Sənədləri Arxivinin direktoru".

 

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

22 Avqust 2014, 10:08

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

10181—10190 / 10511

18 Mart 2014, 09:03

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 08:03

E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

17 Mart 2014, 09:03

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 Mart 2014, 08:03

Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında   ətraflı...