“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015 IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, balıqçılıq subyektlərinin uçotunun formasını və aparılması qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 9-cu maddəsinin altıncı hissəsinə uyğun olaraq, balıq və digər su bioresursları ovunun qaydalarını dörd ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.5. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq, akvakulturanın həyata keçirilməsi qaydasını dörd ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.6. həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu məbləğinin müəyyən edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7. həmin Qanunun 19-cu maddəsinin yeddinci hissəsinə uyğun olaraq, təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması hallarını və qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. həmin Qanunun 19-cu maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.9. həmin Qanunun 28-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, balıqçılıq təsərrüfatı ekspertizasının aparılması qaydasını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.10. həmin Qanunun 30-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq, su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.11. həmin Qanunun 33-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.12. həmin Qanunun 35-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq edilən vergi azadolmalarının və güzəştlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.13. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 13-cü maddəsinin dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.14. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.15. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsinin dördüncü abzasında və 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində, 11-ci maddəsinin beşinci və altıncı hissələrində, 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 19-cu maddəsinin yeddinci və doqquzuncu hissələrində, 21-ci maddəsinin beşinci hissəsinin altıncı abzasında, 22 ci maddəsinin ikinci hissəsinin beşinci abzasında, 28-ci maddəsinin üçüncü hissəsində və 30-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 9-cu maddəsinin dördüncü hissəsində, 12-ci maddəsinin beşinci, doqquzuncu və onuncu hissələrində, 18-ci maddəsinin üçüncü hissəsində, 19-cu maddəsinin beşinci, onuncu və on birinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
4. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun:
4.1. 9-cu maddəsinin üçüncü, yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində, 11-ci maddəsinin beşinci və altıncı hissələrində, 21-ci maddəsinin beşinci hissəsinin altıncı abzasında nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə, bu Fərmanın 1.4-cü bəndində göstərilən qaydalar aşağıdakıları əks etdirməlidir:
4.1.1. balıqovlama biletinin formasını və verilmə qaydasını;
4.1.2. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi hallarını və qaydasını;
4.1.3. ovlanması nəzərdə tutulan balıq və digər su bioresursları növlərini;
4.1.4. balıq və digər su bioresursları ovunun yol verilən ümumi miqdarını (kvotasını);
4.1.5. balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydasını;
4.1.6. idman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarının və ölçülərinin məhdudlaşdırılması hallarını və qaydasını;
4.1.7. idman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması qaydasını;
4.1.8. balıq və digər su bioresursları ovunun məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını;
4.2. 12-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 22-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə, bu Fərmanın 1.5-ci bəndində göstərilən qayda aşağıdakıları əks etdirməlidir:
4.2.1. bioloji və texnoloji əsaslandırmanın qeydiyyata alınması qaydasını;
4.2.2. bioloji və texnoloji əsaslandırmanın nümunəvi formasını və şərtlərini;
4.2.3. akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatını;
4.2.4. akvakultura subyektlərinin bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad edilməsi qaydasını;
4.2.5. akvakultura təsərrüfatının fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust 2014-cü il.
13 Avqust 2014, 09:0816 İyul 2018, 08:07
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
16 İyul 2018, 08:07
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
16 İyul 2018, 08:07
“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
16 İyul 2018, 08:07
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 İyul 2018, 08:07
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
12 İyul 2018, 08:07
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 İyul 2018, 08:07
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
12 İyul 2018, 08:07
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1203-VQD nömrəli Qanununun tətbiqi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 İyul 2018, 08:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
12 İyul 2018, 08:07
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1219-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...