Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, eləcə də milli radiotezlik resursundan səmərəli istifadə məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

 

 

24 İyul 2023, 12:07

http://www.azertag.az

9401—9410 / 10511

28 Oktyabr 2014, 09:10

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

27 Oktyabr 2014, 09:10

E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

27 Oktyabr 2014, 09:10

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova   ətraflı...

27 Oktyabr 2014, 09:10

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə   ətraflı...

23 Oktyabr 2014, 09:10

Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə   ətraflı...

22 Oktyabr 2014, 09:10

23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə   ətraflı...