Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, eləcə də milli radiotezlik resursundan səmərəli istifadə məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

 

 

24 İyul 2023, 12:07

http://www.azertag.az

4951—4960 / 10511

24 İyul 2017, 10:07

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 İyul 2017, 10:07

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 İyul 2017, 10:07

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 İyul 2017, 10:07

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

24 İyul 2017, 10:07

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 İyul 2017, 10:07

“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

24 İyul 2017, 10:07

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

24 İyul 2017, 10:07

“Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 836 nömrəli Fərmanının ləğv edilməsi barədə   ətraflı...

24 İyul 2017, 10:07

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 İyul 2017, 10:07

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...