Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, eləcə də milli radiotezlik resursundan səmərəli istifadə məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

 

 

24 İyul 2023, 12:07

http://www.azertag.az

4311—4320 / 10511

28 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Dekabr 2017, 09:12

R.S.Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

27 Dekabr 2017, 10:12

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzaidən   ətraflı...

27 Dekabr 2017, 10:12

“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 906-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 907-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 905-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 904-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...