Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940; 2020, № 7, maddə 897, № 9, maddə 1147; 2022, № 3, maddə 228, № 9, maddə 1036) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.3-cü yarımbəndə ikinci halda “qeydiyyatının aparılması,” sözlərindən sonra “karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi,” sözləri əlavə edilsin.
2. 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.29-cu yarımbənd əlavə edilsin:
“5.1.29. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2023-cü il
14 Aprel 2023, 12:0418 Aprel 2020, 10:04
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Aprel 2020, 10:04
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Aprel 2020, 10:04
“Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Aprel 2020, 10:04
Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Aprel 2020, 10:04
E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Aprel 2020, 10:04
Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Aprel 2020, 10:04
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Aprel 2020, 10:04
Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
16 Aprel 2020, 10:04
“Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Aprel 2020, 09:04
Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...