Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 200 (iki yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin.
2. Bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust 2014-cü il.
12 Avqust 2014, 09:088 Noyabr 2016, 10:11
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 10:11
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 10:11
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 10:11
“Alkoqollu içkilər və etil yeyinti spirti istehsalının və idxalının tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 534 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 10:11
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında e-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 10:11
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 10:11
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 10:11
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
8 Noyabr 2016, 10:11
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
8 Noyabr 2016, 09:11
Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında ətraflı...