Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 200 (iki yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin.
2. Bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust 2014-cü il.
12 Avqust 2014, 09:0825 Noyabr 2016, 10:11
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ətraflı...
25 Noyabr 2016, 10:11
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ətraflı...
25 Noyabr 2016, 10:11
“Elektron ipoteka” sistemi haqqında Əsasnaməyə Əlavə ətraflı...
25 Noyabr 2016, 10:11
“Elektron ipoteka” sistemi haqqında ƏSASNAMƏ ətraflı...
25 Noyabr 2016, 10:11
“Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə ətraflı...
24 Noyabr 2016, 10:11
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
24 Noyabr 2016, 10:11
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
24 Noyabr 2016, 10:11
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
24 Noyabr 2016, 10:11
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 359-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
24 Noyabr 2016, 10:11
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...