“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154; 2001, № 3, maddə 149; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 14; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 503; 2015, № 3, maddə 247; 2018, № 6, maddə 1183; 2019, № 1, maddə 34, № 7, maddə 1178; 2020, № 5, maddə 509; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli və 20 dekabr tarixli 734-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-1.1-ci maddənin birinci cümləsində “ərizə” sözü “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə)” sözləri ilə əvəz edilsin.
2. 10-1.3.2-ci maddəyə “orqana (quruma)” sözlərindən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin.
3. 10-1.4-cü maddədə “təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir” sözləri “informasiya sistemi vasitəsilə təqdim edir” sözləri ilə əvəz edilsin.
4. 10-1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.”.
5. 23-cü maddənin birinci hissəsinin səkkizinci abzası doqquzuncu abzas hesab edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2023-cü il
14 Aprel 2023, 12:0416 Mart 2015, 09:03
Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında ətraflı...
12 Mart 2015, 09:03
E.R.İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 Mart 2015, 09:03
C.Q.Qurbanova “Əməkdar artist” fəxri adı verilməsi haqqında ətraflı...
12 Mart 2015, 09:03
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
12 Mart 2015, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
12 Mart 2015, 09:03
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
12 Mart 2015, 09:03
Ş.İ.Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
12 Mart 2015, 09:03
H.A.Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında ətraflı...
12 Mart 2015, 09:03
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
12 Mart 2015, 09:03
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1207-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...