“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci, 2-ci (hər iki halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 16-cı maddəsinin 1-ci, 2-ci (ikinci halda) (dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (ikinci halda) (yay, qış otlaqlarının icarəyə və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur;
1.5. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur.
2. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342; 2019, № 3, maddə 436, № 5, maddə 843; 2020, № 5, maddə 559; 2022, № 12, maddə 1432; 2023, № 1, maddə 71) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddən “16-cı maddəsinin 8-ci hissəsində,” sözləri çıxarılsın;
2.2. 2.1-1-ci bəndə “Məcəllənin” sözündən sonra “16-cı maddəsinin 1-ci, 2-ci (hər iki halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində,” sözləri əlavə edilsin;
2.3. aşağıdakı məzmunda 2.1-2-ci, 2.3-2-ci, 2.5-1-ci və 2.5-2-ci bəndlər əlavə edilsin:
“2.1-2. həmin Məcəllənin 16-cı maddəsinin 1-ci, 2-ci (ikinci halda) (dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
“2.3-2. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (ikinci halda) (yay, qış otlaqlarının icarəyə və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə) və 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur;”;
“2.5-1. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
2.5-2. həmin Məcəllənin 16-cı maddəsinin 2-ci hissəsində (birinci halda) “informasiya sistemi” dedikdə “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;”;
2.4. 2.3-1-ci bəndə “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə uyğun olaraq),” sözləri əlavə edilsin.
3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 158; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 2, maddə 69; 2006, № 8, maddə 660; 2007, № 11, maddə 1110; 2008, № 3, maddə 174, № 6, maddə 498; 2010, № 7, maddələr 542, 610; 2012, № 11, maddə 1081; 2014, № 11, maddə 1419; 2016, № 2 (II kitab), maddə 240; 2021, № 7, maddə 728; 2022, № 12, maddə 1432) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. üçüncü abzasa “otlaqları torpaqlarının” sözlərindən sonra “(dövlət mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə münasibətdə)” sözləri əlavə edilsin;
3.2. səkkizinci abzasdan “16-cı maddəsinin 1-ci hissəsində,” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 826-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2023-cü il
14 Aprel 2023, 12:0428 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
28 Dekabr 2017, 09:12
R.S.Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
27 Dekabr 2017, 10:12
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzaidən ətraflı...
27 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 906-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 907-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 905-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 904-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...