AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR

 Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə

 “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, 2023-cü il 28 mart saat 06:00-dan:

1.1. hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir;

1.2. aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə

malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:

1.2.1. xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan

şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;

1.2.2. müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.

2. Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr 2 tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr 868, 882, № 8, maddə 974, № 9, maddə 1079, № 10, maddə 1191, № 12, maddələr 1514, 1524; 2022, № 2, maddə 176, № 3, maddə 258, № 4, maddə 417, № 6, maddə 673, № 8, maddə 1012, № 10, maddə 1225, № 12, maddə 1554; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 fevral tarixli 65 nömrəli Qərarı) 1.1.1-ci yarımbəndində “və hava nəqliyyatı ilə” sözləri “nəqliyyatla” sözü ilə əvəz edilsin.

3. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182, № 12, maddələr 1514, 1533, 1543; 2022, № 1, maddələr 61, 80, № 2, maddə 164, № 3, maddə 258, № 4, maddələr 399, 417, № 5, maddələr 561, 573, № 6, maddə 673) 2.3-cü, 2.5-1-ci, 2.5-2-ci, 2.5-2-1-ci, 2.5-4-1-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-9-cu, 2.5-10-cu, 2.5-12-ci, 2.5-13-cü bəndləri və 2.5-3.1-ci, 2.5-3.3-cü, 2.5-3.8-ci, 2.5-5.2-ci, 2.5-5.3-cü yarımbəndləri ləğv edilsin.

4. “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 sentyabr tarixli 280 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 1079) 1.3-cü bəndi ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 mart 2023-cü il

 № 93

27 Mart 2023, 16:03

http://www.azertag.az

9161—9170 / 10511

26 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 04 saylı müraciətə baxılmasına dair   ətraflı...

26 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 06 saylı müraciətə baxılmasına dair   ətraflı...

26 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 21 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

25 Noyabr 2014, 09:11

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

25 Noyabr 2014, 09:11

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə   ətraflı...

24 Noyabr 2014, 09:11

Rumıniyanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Klaus İohannisə   ətraflı...

24 Noyabr 2014, 09:11

Livan Respublikası Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Tammam Salama   ətraflı...

24 Noyabr 2014, 09:11

Председателю Совета Министров Ливанской Республики Его превосходительству господину Таммаму Саламу   ətraflı...

24 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...