Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2023-cü il

23 Fevral 2023, 16:02

http://www.azertag.az

6701—6710 / 10511

24 İyun 2016, 09:06

Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

Ə.Y.Qaraxanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

N.M.Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

C.M.Cəfərovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

C.M.Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

N.H.Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

Ə.Q.Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

A.M.Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

23 İyun 2016, 09:06

Dövlət qulluqçularının təltif edilməsi haqqında   ətraflı...