Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci, 20-ci və 25-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383; 2020, № 5, maddə 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1438; 2021, № 11, maddə 1204, № 12, maddə 1315; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9.0.5-ci maddədə “qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişi, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədləri” sözləri ilə əvəz edilsin;
1.2. 92.2.3-cü maddədə “qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə” sözləri ilə əvəz edilsin.
Maddə 2. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 676, 683, 686; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 1; 2004, № 1, maddə 6, № 2, maddə 57; 2005, № 8, maddə 684, № 12, maddə 1083; 2007, № 8, maddə 745; 2011, № 11, maddə 984; 2012, № 9, maddə 842; 2014, № 10, maddə 1157; 2017, № 5, maddə 722; 2018, № 6, maddə 1169; 2019, № 1, maddə 31, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
2.1. preambulada “habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial” sözləri “istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi” sözləri ilə əvəz edilsin;
2.2. 1-ci maddənin on üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:
“əhalinin ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi.”;
2.3. 2-ci maddənin birinci abzasına “Məcəlləsindən,” sözündən sonra “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin;
2.4. 6-cı maddənin 2-ci hissəsinin ikinci abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
2.5. 7-ci maddənin 5-ci hissəsinin birinci abzasında “ərzaq malı” sözləri “qida məhsulu” sözləri ilə və ismin müvafiq hallarında “mal” sözü ismin müvafiq hallarında “məhsul” sözü ilə əvəz edilsin;
2.6. 10-cu maddənin 6-cı hissəsinin ikinci abzasının üçüncü cümləsində “ərzaq xammalı və məhsulları” sözləri “qida məhsulları” sözləri ilə, “təkrar emal” sözləri “utilizasiya” sözü ilə əvəz edilsin və həmin cümləyə “yararsız” sözündən sonra “və təhlükəli” sözləri əlavə edilsin;
2.7. 13-cü maddə üzrə:
2.7.1. 1-ci hissənin birinci abzasında “ərzaq malları” sözləri “qida məhsulları” sözləri ilə, “tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı” sözləri “qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi” sözləri ilə əvəz edilsin;
2.7.2. 3-cü hissəyə aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:
“Qida məhsullarının etiketlənməsinə dair tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilir.”;
2.8. 15-ci maddənin 1-ci hissəsinin birinci abzasında “qeyri-ərzaq” sözləri “qeyri-qida” sözləri ilə əvəz edilsin;
2.9. 18.0.1-ci maddədə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
2.10. 19.2.7-ci maddədə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
2.11. aşağıdakı məzmunda V fəsil əlavə edilsin:
“V f ə s i l
ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
Maddə 28. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi
28.1. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir.
28.2. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Maddə 29. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində
dövlətin vəzifələri
29.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
29.1.1. qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
29.1.2. əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;
29.1.3. qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;
29.1.4. qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq;
29.1.5. ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;
29.1.6. ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;
29.1.7. əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;
29.1.8. əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək.
Maddə 30. Dövlət ərzaq ehtiyatları
30.1. Dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılır.
30.2. Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:
30.2.1. qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;
30.2.2. iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;
30.2.3. ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.
30.3. Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
30.4. Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.
30.5. Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.
30.6. Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi orqanın (qurumun) sərəncamında olur.
30.7. Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 31. Ərzaq bazarının dövlət tənzimlənməsi
31.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.
31.2. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatlar ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.
31.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.
31.4. Bu Qanunun 31.2-ci və 31.3-cü maddələrində müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar.
31.5. Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
31.5.1. qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;
31.5.2. qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;
31.5.3. ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;
31.5.4. istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
31.5.5. ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.”.
Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 8, maddə 898, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314; 2022, № 5, maddə 427, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 609-VIQD nömrəli, 5 noyabr tarixli 622-VIQD nömrəli, 2 dekabr tarixli 671-VIQD nömrəli və 9 dekabr tarixli 681-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 18.66-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.66-1. Qida təhlükəsizliyi sahəsində:
18.66-1.1. ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
18.66-1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
18.66-1.3. qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat.”;
3.2. 18.67-1-ci maddə ləğv edilsin;
3.3. aşağıdakı məzmunda 19.6-cı maddə əlavə edilsin:
“19.6. Bu Qanunun 18.66-1.3-cü maddəsində göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmur.”.
Maddə 4. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 55; 2006, № 2, maddə 73; 2007, № 6, maddə 562; 2012, № 7, maddə 670; 2013, № 11, maddə 1315; 2014, № 6, maddə 601; 2017, № 5, maddə 692, № 6, maddə 1039, №12 (I kitab), maddə 2216; 2022, № 8, maddə 823) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 17-ci maddədə “Elmi” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, elmi” sözləri ilə əvəz edilsin;
4.2. 18-ci maddədə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 5. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 56; 2005, № 4, maddə 273; 2006, № 2, maddə 73; 2007, № 6, maddə 562; 2013, № 3, maddə 210; 2014, № 6, maddə 602; 2016, № 6, maddə 994; 2017, № 6, maddə 1040; 2022, № 8, maddə 823) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 16-cı maddədə “Elmi” sözü “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, elmi” sözləri ilə əvəz edilsin;
5.2. 17-ci maddədə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
Maddə 6. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682; 2007, № 12, maddə 1218; 2008, № 2, maddə 49, № 5, maddə 344; 2009, № 12, maddələr 948, 968; 2014, № 10, maddə 1151; 2018, № 4, maddə 640, № 12 (I kitab), maddə 2490; 2019, № 6, maddə 995, № 8, maddə 1360; 2020, № 5, maddə 521; 2021, № 6 (I kitab), maddə 557, № 12, maddə 1315) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.0.11-ci maddədə “yem və yem əlavələri” sözləri “yem məhsulları və yem əlavələri” sözləri ilə əvəz edilsin;
6.2. 1.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilsin:
“1.0.16. yem məhsulları - heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri;
1.0.17. yem əlavələri - yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan qida maddələrinin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr.”;
6.3. 3.0.6-cı maddədə “yem və” sözləri “yem məhsullarının və” sözləri ilə əvəz edilsin;
6.4. 12.0.3-cü maddədə “yem və” sözləri “yem məhsulları və” sözləri ilə əvəz edilsin;
6.5. 13.1.8-ci maddədə “, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin” sözləri “və keyfiyyətsiz baytarlıq preparatlarının” sözləri ilə əvəz edilsin;
6.6. 14.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər.”;
6.7. 18-ci maddə üzrə:
6.7.1. 18-ci maddənin adında “, yem və yem əlavələrinin” sözləri “qeydiyyatına və” sözləri ilə əvəz edilsin;
6.7.2. 18.1-ci maddədə “preparatları, yem və yem əlavələrinin” sözləri “preparatlarının” sözü ilə əvəz edilsin;
6.7.3. 18.2-ci maddənin birinci cümləsində “preparatları, yem və yem əlavələri” sözləri “preparatlarını” sözü ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsindən “, yem və yem əlavələri” sözləri çıxarılsın;
6.7.4. 18.3-cü maddədən “, yem və yem əlavələrinin” sözləri çıxarılsın;
6.7.5. 18.4-cü və 18.6-cı maddələrdə “preparatları, yem və yem əlavələrinin” sözləri “preparatlarının” sözü ilə əvəz edilsin;
6.8. 19.0.2-ci maddədə “yem və” sözləri “yem məhsullarını və” sözləri ilə əvəz edilsin;
6.9. 19.0.5-ci maddədən, 26-cı maddənin adından, 26.2-ci və 39.2.2-ci maddələrdən “yem və” sözləri çıxarılsın;
6.10. 19.0.11-ci, 20.1.1-ci və 24.3-cü maddələrdə “yem və” sözləri “yem məhsullarının və” sözləri ilə əvəz edilsin;
6.11. 29-cu maddə üzrə:
6.11.1. 29.1.3-cü maddədə “yem və” sözləri “yem məhsullarının və” sözləri ilə əvəz edilsin;
6.11.2. 29.1.4-cü maddədə “yemlərlə” sözü “yem məhsulları ilə” sözləri ilə əvəz edilsin;
6.11.3. 29.2.6-cı maddədə “yem və yem əlavələrinin” sözləri “yem məhsullarının və yem əlavələrinin” sözləri ilə əvəz edilsin;
6.12. 36.2-ci maddədə “yem və” sözləri “yem məhsullarının və” sözləri ilə əvəz edilsin;
6.13. 39.2.1-ci maddədə “preparatları, yem və yem əlavələrinin” sözləri “preparatlarının” sözü ilə əvəz edilsin.
Maddə 7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 55; 2016, № 7, maddə 1239) aşağıdakı dəyişikliklər edilsin:
7.1. preambulada, 1.1.1-ci, 1.1.2-ci, 3-cü (birinci halda), 4.0.2-ci və 7.0.5-ci maddələrdə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
7.2. aşağıdakı məzmunda 21.5-ci maddə əlavə edilsin:
“21.5. Bu Qanunun 21-ci maddəsi ilə müəyyən edilən tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində müəyyən edilmiş genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına şamil edilmir.”.
Maddə 8. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339; 2022, № 5, maddə 426) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 19.9-cu maddəyə “günündən gec olmayaraq” sözlərindən sonra “(“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsində göstərilən hal istisna olmaqla)” sözləri əlavə edilsin;
8.2. aşağıdakı məzmunda 19.9-1-ci maddə əlavə edilsin:
“19.9-1. İcazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsində nəzərdə tutulmuş qida obyektlərini təsdiq edir və ya təsdiq edilməsindən imtina haqqında inzibati akt qəbul edir.”;
8.3. 19.10-cu maddədə “19.8-ci və 19.9-cu” sözləri “19.8-ci, 19.9-cu və 19.9-1-ci” sözləri ilə əvəz edilsin;
8.4. Qanuna 3 nömrəli əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci və 71-ci maddələri aşağıdakı redaksiyada verilsin:
“47. idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktı, ixrac olunan qida və yem məhsullarına verilən sağlamlıq sertifikatı;”;
“71. qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış;”.
Maddə 9. Bu Qanunun qüvvəyə minməsi
9.1. Bu Qanunun 1-3-cü, 6-cı və 8-ci maddələri 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
9.2. Bu Qanunun 4-cü, 5-ci və 7-ci maddələri 2023-cü il iyunun 30-dan qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
20 Fevral 2023, 14:0214 Yanvar 2016, 09:01
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 82-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
14 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
14 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
“Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
13 Yanvar 2016, 09:01
D.M.Şikarovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
13 Yanvar 2016, 09:01
M.B.Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
13 Yanvar 2016, 09:01
M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
13 Yanvar 2016, 09:01
N.A.Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...