Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:
Allahverdiyeva Amaliya Kərim qızı
İsmayılova Ruhiyyə Həsən qızı
Məmmədova Elnara Xasay qızı
Rüstəmov Rövşən Rüstəm oğlu
Valehov Ceyhun Ağanəzər oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2023-cü il
13 Fevral 2023, 11:0224 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...