“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895) aşağıdakı məzmunda 10.1-1-ci maddə əlavə edilsin:
“10.1-1. Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin və ya məlumatlarin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
9 Fevral 2023, 15:0215 May 2014, 09:05
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...
13 May 2014, 13:05
H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 17:05
A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 May 2014, 09:05
Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...
8 May 2014, 09:05
M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 May 2014, 09:05
Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
6 May 2014, 17:05
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə ətraflı...