“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 6.3-1-ci maddə əlavə edilsin:
“6.3-1. Bu maddədə nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər emitentdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi emitentin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya emitent tərəfindən təmin edilir.”.
2. Aşağıdakı məzmunda 62.6-1-ci maddə əlavə edilsin:
“62.6-1. Bu Qanunun 62.6-cı maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
3. 62.8-ci maddənin birinci cümləsinə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 62.6-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 66.1-1-ci maddə əlavə edilsin:
“66.1-1. Bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
5. 67.2-ci maddənin birinci cümləsinə “çatışmazlıqlar müəyyən etdikdə” sözlərindən sonra və 67.4.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 66.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
6. 68-ci maddədə “68.0”, “68.0.1 – 68.0.14” rəqəmləri müvafiq olaraq “68.1”, “68.1.1 – 68.1.14” rəqəmləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 68.2-ci maddə əlavə edilsin:
“68.2. Bu Qanunun 68.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
7. 69.2-ci maddənin birinci cümləsinə “təqdim olunmadıqda” sözlərindən sonra və 69.5.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 68.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
8. Aşağıdakı məzmunda 71.4-1-ci maddə əlavə edilsin:
“71.4-1. Bu Qanunun 71.3-cü və 71.4-cü maddələrində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
9. 72.2-ci maddəyə “müraciət edilməlidir” sözlərindən sonra, 72.4-cü maddənin birinci cümləsinə “çatışmazlıqlar müəyyən etdikdə” sözlərindən sonra və 72.5.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 71.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 73.2-1-ci və 74.2-1-ci maddələr əlavə edilsin:
“73.2-1. Bu Qanunun 73.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”;
“74.2-1. Bu Qanunun 74.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
11. 74.4-cü maddənin birinci cümləsinə “çatışmazlıqlar müəyyən etdikdə” sözlərindən sonra və 74.6.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 74.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
9 Fevral 2023, 15:0222 Sentyabr 2014, 09:09
Qordon Yanq Birrellin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Mali Respublikasının Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya ətraflı...
22 Sentyabr 2014, 09:09
Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Mari-Luiz Koleyro Prekaya ətraflı...
19 Sentyabr 2014, 10:09
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında ətraflı...
17 Sentyabr 2014, 09:09
Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...