“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, №12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:
“7.1-1. Səhmdar investisiya fondunun səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
2. 7.2-ci maddədə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 7.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 28.5-1-ci maddə əlavə edilsin:
“28.5-1. Səhmdar investisiya fondunda və idarəçidə mühüm iştirak payının əldə edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
4. 28.7-ci maddənin birinci cümləsinə “tam olmadıqda” sözlərindən sonra “(bu Qanunun 28.5-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda 36.1-1-ci maddə əlavə edilsin:
“36.1-1. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin müraciət zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
6. 37.2-ci maddənin birinci cümləsinə “çatışmazlıqlar müəyyən etdikdə” sözlərindən sonra və 37.4.1-ci maddəyə “tam həcmdə təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 36.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
7. Aşağıdakı məzmunda 38.3-cü maddə əlavə edilsin:
“38.3. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün yekun müraciət zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
8. 39.2-ci maddənin birinci cümləsinə “məlumatlar tam olmadıqda” sözlərindən sonra və 39.5.1-ci maddəyə “tam həcmdə təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 38.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
9. Aşağıdakı məzmunda 42.2-1-ci maddə əlavə edilsin:
“42.2-1. Xarici investisiya fondunun və ya idarəçinin Azərbaycan Respublikasında nümayəndəliyinin fəaliyyətinə icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
10. 42.4-cü maddənin birinci cümləsinə “çatışmazlıqlar müəyyən etdikdə” sözlərindən sonra və 42.5.1-ci maddəyə “tam həcmdə təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 42.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
9 Fevral 2023, 15:0222 Avqust 2014, 10:08
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişikliklər edilməsi haqqında ətraflı...
22 Avqust 2014, 09:08
Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
21 Avqust 2014, 09:08
Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
20 Avqust 2014, 09:08
Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 Avqust 2014, 09:08
Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında ətraflı...
18 Avqust 2014, 09:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
18 Avqust 2014, 09:08
E.Z.İbrahimova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında ətraflı...
18 Avqust 2014, 09:08
V.Ə.Rzaquliyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
18 Avqust 2014, 09:08
R.H.Sadiqova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında ətraflı...