“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında, 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında, 8-1-ci maddəsinin ikinci hissəsində və 10-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 8-1-ci maddəsinin ikinci hissəsində və 10-cu maddəsinin altıncı hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında və 8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydasını dörd ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. həmin Qanunun 8-1-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydasını dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. həmin Qanunun 10-cu maddəsinin altıncı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiyanı dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasına uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğlərini bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan normativ hüquqi aktlar təsdiq edildikdən sonra bir ay müddətində müəyyən etsin.
4. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209; 2016, № 8, maddə 1384; 2017, № 7, maddə 1373; 2018, № 3, maddə 409, № 6, maddə 1218; 2020, № 7, maddə 896; 2022, № 7, maddə 750) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. ikinci abzasa “Qanununun” sözündən sonra “1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında, 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində,” sözləri və “11-ci” sözlərindən əvvəl “8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında, 8-1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin altıncı hissəsində,” sözləri əlavə edilsin;
4.2. üçüncü abzas ləğv edilsin;
4.3. beşinci abzasa “Qanunun” sözündən sonra “3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 8-1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin altıncı hissəsində,” sözləri əlavə edilsin;
4.4. on dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında və 8-ci maddəsinin üçüncü hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2023-cü il
8 Fevral 2023, 14:0210 İyun 2014, 17:06
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
10 İyun 2014, 17:06
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında ətraflı...
10 İyun 2014, 17:06
"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyun 2014, 17:06
"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyun 2014, 16:06
"Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
10 İyun 2014, 14:06
"İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindənseçilməsinə dair Əsasnamə"nin təsdiq edilməsi haqqında ətraflı...
10 İyun 2014, 09:06
Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
9 İyun 2014, 09:06
Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
9 İyun 2014, 09:06
Abşeron rayonunun Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
6 İyun 2014, 09:06
V.S. Vəkilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...