“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 363; 2001, № 11, maddə 696; 2002, № 12, maddə 709; 2003, № 1, maddə 12; 2006, № 8, maddə 657; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 261, № 12, maddə 1090; 2016, № 12, maddə 1990; 2018, № 3, maddə 379; 2019, № 6, maddə 988; 2021, № 5, maddə 429; 2022, № 7, maddələr 696, 697) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsinin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci-iyirminci abzaslar əlavə olunsun:
“elektroenergetika obyektləri – elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanılması prosesində istifadə olunan elektrik stansiyaları, yarımstansiyaları, elektrik xətləri, mərkəzi və yerli dispetçer xidməti üçün lazım olan bina və ya qurğular;
qoşulma nöqtəsi – elektrik enerjisinin ötürülməsinə və paylanılmasına təminat verən elektrik şəbəkəsinə elektroenergetika və tikinti obyektlərinin fiziki qoşulma yeri;
qoşulma xidmətinə görə ödəniş – bu Qanunun 8-1-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan tikinti obyektləri üçün layihələndirilmə, tikinti-quraşdırma işlərinə və mövcud 0,4 kV-luq şəbəkəyə fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla), bu Qanunun 8-1-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan tikinti obyektləri üçün isə sifarişçi tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra elektrik şəbəkəsinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan məbləğ;
qoşulma müqaviləsi – tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması şərtlərini özündə əks etdirən və nümunəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası ilə müəyyən edilən müqavilə;
ötürücü şəbəkə – elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən sistem əhəmiyyətli 110 kV və ondan yuxarı gərginlikli transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin məcmusu;
enerji təchizatı şəbəkəsi (paylayıcı şəbəkə) – elektrik enerjisinin paylanılması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən ötürücü şəbəkəyə aid olmayan 110 kV və ondan aşağı gərginlikli transformator yarımstansiyaları və elektrik verilişi xətlərinin məcmusu;
elektrik şəbəkəsi – elektrik enerjisinin ötürülməsi və paylanılması üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu;
dövlət elektroenergetika müəssisəsi – vahid mərkəzdən idarə olunan ötürücü şəbəkələr, onların dispetçer idarəetmə vasitələri və onun tabeliyində olan (strukturuna daxil olan) enerji istehsalçıları;
elektrik enerjisinin paylayıcısı – mülkiyyətində və ya istifadəsində olan paylayıcı şəbəkə ilə elektrik enerjisinin paylanılmasını həyata keçirən hüquqi şəxs;
tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik şəbəkəsinə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;
qoşulma aktı – tikinti obyektinin elektrik şəbəkəsinə fiziki qoşulmasını təsdiq edən sənəd;
fiziki qoşulma – sifarişçinin elektrik qurğularını qidalandırması üçün çəkilmiş elektrik veriliş xəttinin texniki şərti verən müəssisənin təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
enerji təchizatı layihəsi – tikinti obyektindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsinə və (və ya) əlavə güc alınmasına dair layihə sənədləri;
mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə (radiusda) quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi.”.
2. 3-cü maddə üzrə:
2.1. birinci hissə üzrə:
2.1.1. ikinci abzasdan “ – vahid dövlət elektroenergetika sistemi” sözləri çıxarılsın;
2.1.2. dördüncü abzasda “vahid dövlət elektroenergetika sisteminə tabe olmayan” sözləri “dövlət elektroenergetika müəssisəsinin tabeliyində olmayan (strukturuna daxil olmayan)” sözləri ilə əvəz edilsin;
2.2. ikinci hissənin birinci cümləsində “yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələri” sözləri “ötürücü şəbəkələr” sözləri ilə, “ona tabe olan” sözləri “onun tabeliyində olan (strukturuna daxil olan)” sözləri ilə əvəz edilsin;
2.3. üçüncü hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
3. 8-ci maddə üzrə:
3.1. üçüncü hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin və üçüncü abzası ləğv edilsin:
“tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasını təmin etmək, həmçinin alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tariflərlə (qiymətlərlə) istehlakçıları enerji ilə təchiz etmək;”;
3.2. səkkizinci hissə aşağıdakı redaksiyada verilsin:
“Tikinti obyektləri (o cümlədən, yaşayış binalarının mənzilləri) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onların elektrik qurğuları yalnız elektrik xətlərinə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilir.”.
4. Aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:
“Maddə 8-1. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir.
Tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə bu maddədə nəzərdə tutulmuş qaydada qoşulma xidmətinə görə ödəniş həyata keçirir.
Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işləri enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda, onların enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması bu maddənin beşinci hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti obyektlərindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı (elektrik enerjisi istehsalçılarına münasibətdə yalnız podratçı), yaxud enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən sifarişçinin hesabına həyata keçirilir.
Qoşulma nöqtəsi tikinti obyektlərinə (enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri istisna olmaqla) ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə (yarımstansiya və ya elektrik verilişi xətti) qoşulur. Başqa istehlakçının mülkiyyətində olan transformator məntəqəsində, elektrik xəttində və paylayıcı lövhədə olan qoşulma nöqtəsi yeni abonentlə həmin mülkiyyətçi arasında razılaşdırılmalıdır. Qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi ilə bağlı tələb olunan bütün işlər texniki şərti verən müəssisə tərəfindən onun öz hesabına yerinə yetirilir (elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması halı istisna olmaqla). Elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması zamanı qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi müvafiq elektrik enerjisi paylayıcısının vəsaiti hesabına həyata keçirilir.
Bu maddənin dördüncü və beşinci hissələri ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə mövcud və ya inşa ediləcək tikinti obyektlərinə aid olunur. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməmiş ərazilərdə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması bu maddənin beşinci hissəsinə uyğun olaraq həyata keçirilir.”.
5. 10-cu maddə üzrə:
5.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Elektroenergetika sahəsində qiymətlər (tariflər)”;
5.2. birinci və ikinci hissələrdə “Elektrik və istilik enerjisinin qiymətləri (tarifləri)” sözləri “Elektroenergetika sahəsində qiymətlər (tariflər)” sözləri ilə əvəz edilsin;
5.3. ikinci hissənin beşinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“qoşulma xidmətinə görə ödəniş.”;
5.4. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiyanı təsdiq edir.”.
6. 11-ci maddə üzrə:
6.1. birinci hissənin beşinci abzası aşağıdakı redaksiyada verilsin:
“istehlakçının tikinti obyektinin elektrik enerjisi təchizatının etibarlılıq kateqoriyası;”;
6.2. dördüncü hissədə “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilsin;
6.3. beşinci hissənin üçüncü cümləsində “istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda” sözləri “bu Qanunun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda (bu Qanunun 11-ci maddəsinin dördüncü hissəsinin dördüncü və yeddinci, həmçinin on birinci hissəsinin altıncı və səkkizinci abzaslarında nəzərdə tutulan hallar istisna olmaqla)” sözləri ilə əvəz edilsin.
7. 15-ci maddənin ikinci hissəsi ləğv edilsin.
8. 21-ci maddənin birinci hissəsindən “bu sahənin” sözləri çıxarılsın və həmin hissəyə “strateji” sözündən sonra “elektroenergetika” sözü əlavə edilsin.
9. 22-ci maddənin ikinci hissəsində və VII fəslin adında “Obyektlərin” sözü “Elektroenergetika obyektlərinin” sözləri ilə əvəz edilsin.
10. 23-cü maddədə “Elektrik qurğularının istismarında texniki təhlükəsizlik qaydaları”na” sözləri “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2022-ci il
8 Fevral 2023, 14:021 Sentyabr 2021, 17:09
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Avqust 2021, 18:08
A.H.Hümbətovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Avqust 2021, 18:08
Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Avqust 2021, 16:08
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Avqust 2021, 16:08
Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Avqust 2021, 16:08
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
20 Avqust 2021, 16:08
“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Avqust 2021, 16:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Avqust 2021, 15:08
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 noyabr tarixli 869 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Avqust 2021, 15:08
Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...