“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, № 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013; 2018, № 7 (I kitab), maddə 1398; 2019, № 1, maddə 20; 2020, № 5, maddələr 511, 512, 521, № 7, maddə 842, № 12 (I kitab), maddə 1431; 2021, № 12, maddə 1315) 52-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu hissənin ikinci cümləsindən “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özü həmin sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə)” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:
“10-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
8 Fevral 2023, 08:023 Mart 2014, 16:03
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 09:02
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...