Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 7, maddə 717, № 8, maddə 894; 2022, № 8, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 36.4-cü və 41.4-cü maddələr əlavə edilsin:
“36.4. Bu Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”;
“41.4. Müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
2. 41-ci maddənin “Qeyd” hissəsinə “qaytarılır” sözündən sonra “(bu Məcəllənin 41.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 46.8-ci maddə əlavə edilsin:
“46.8. Müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
4. 46-cı maddənin “Qeyd” hissəsinə “qaytarılır” sözündən sonra “(bu Məcəllənin 46.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
5. 50.1.3-cü maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
6. Aşağıdakı məzmunda 53.4-cü maddə əlavə edilsin:
“53.4. Daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
7. 53-cü maddənin “Qeyd” hissəsinə “qaytarılır” sözündən sonra “(bu Məcəllənin 53.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
8. 55.0.3-cü maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Məcəllənin 53.4-cü maddəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
9. 65-ci maddədə “65.0”, “65.0.1 – 65.0.4”, “65.0.6”, “65.0.6.1 – 65.0.6.2” və “65.0.7” rəqəmləri müvafiq olaraq “65.1”, “65.1.1 – 65.1.4”, “65.1.6”, “65.1.6.1 – 65.1.6.2” və “65.1.7” rəqəmləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 65.2-ci maddə əlavə olunsun:
“65.2. İş icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
10. 66.0.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Məcəllənin 65.2-ci maddəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
11. 67.4-cü maddədə “65.0.2-ci, 65.0.3-cü, 65.0.4-cü və 65.0.7-ci” sözləri “65.1.2-ci, 65.1.3-cü, 65.1.4-cü və 65.1.7-ci” sözləri ilə əvəz edilsin.
12. 69.3-cü maddədə “65.0.1-ci, 65.0.3-cü, 65.0.4-cü və 65.0.7-ci” sözləri “65.1.1-ci, 65.1.3-cü, 65.1.4-cü və 65.1.7-ci” sözləri ilə əvəz edilsin.
13. 70.3-cü maddədə “65.0.1-ci və 65.0.3-cü” sözləri “65.1.1-ci və 65.1.3-cü” sözləri ilə, “65.0.1-ci və 65.0.6.1-ci” sözləri isə “65.1.1-ci və 65.1.6.1-ci” sözləri ilə əvəz edilsin.
14. 83.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Həmin sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənəd ərizəçidən tələb edilmir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
8 Fevral 2023, 08:0215 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
E.T.Quliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
Z.B.Qaralovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
14 Yanvar 2016, 09:01
V.A.Kərimlinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edilməsi haqqında ətraflı...