“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.3-cü bənddə “65.0.1-ci, 65.0.7-ci” sözləri “65.1.1-ci, 65.1.7-ci” sözləri ilə əvəz edilsin;

1.2. 5.4-cü bənddə “65.0-cı” sözləri “65.1-ci” sözləri ilə, “65.0.1-ci və 65.0.7-ci” sözləri “65.1.1-ci və 65.1.7-ci” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2023-cü il

8 Fevral 2023, 08:02

http://www.azertag.az

9601—9610 / 10511

22 Avqust 2014, 10:08

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

22 Avqust 2014, 09:08

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

21 Avqust 2014, 09:08

Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

20 Avqust 2014, 09:08

Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

19 Avqust 2014, 09:08

Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında   ətraflı...

18 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

18 Avqust 2014, 09:08

E.Z.İbrahimova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında   ətraflı...

18 Avqust 2014, 09:08

V.Ə.Rzaquliyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

18 Avqust 2014, 09:08

R.H.Sadiqova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...