"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 266
Bakı şəhəri, 31 iyul 2014-cü il
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 5 iyun tarixli 178 nömrəli və 13 iyun tarixli 194 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 24.23 - 24.27-ci bəndlər əlavə edilsin:
24.23. |
Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda satışına dair sifarişlərin qəbulu |
24.24. |
Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu |
24.25. |
Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair sifarişlərin qəbulu |
24.26. |
Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu |
24.27. |
Mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və plan ölçüsünün) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu |
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 Avqust 2014, 15:0812 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
12 Sentyabr 2014, 09:09
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
12 Sentyabr 2014, 09:09
Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında ətraflı...
12 Sentyabr 2014, 09:09
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
12 Sentyabr 2014, 09:09
Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə ətraflı...
12 Sentyabr 2014, 09:09
Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə ətraflı...
12 Sentyabr 2014, 09:09
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə ətraflı...
12 Sentyabr 2014, 09:09
Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına ətraflı...
11 Sentyabr 2014, 14:09
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
11 Sentyabr 2014, 09:09
M.M.Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...