“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 760-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 760-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 29.5-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur.

2. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 629; 2012, № 11, maddə 1085; 2013, № 5, maddə 496; 2017, № 7, maddə 1341; 2019, № 5, maddə 820, № 8, maddə 1400) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “49.6-cı” sözlərindən əvvəl “29.5-ci maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Məcəllənin 29.5-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 760-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2023-cü il

2 Fevral 2023, 08:02

http://www.azertag.az

9411—9420 / 10511

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına   ətraflı...

22 Oktyabr 2014, 09:10

Kristof dö Marjerinin ailəsinə   ətraflı...

22 Oktyabr 2014, 09:10

Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə   ətraflı...