"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 263

Bakı şəhəri, 22 iyul 2014-cü il

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nıntəsdiq edilməsi haqqında

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2014-cü il noyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmişdir

Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir.

 2. Gömrük məqsədləri üçün lazım olan sənədlər və məlumatlar, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlər

2.1. Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər tərəfindən gömrük məqsədləri üçün aşağıdakı sənəd və məlumatlar həmin orqanlara kağız üzərində yazılı və ya elektron formalarda təqdim edilməlidir:

2.1.1. gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək, risklərin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatlar;

2.1.2. gömrük ərazisindən malların aparılmasına görə gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda risklərin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatlar;

2.1.3. gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumat;

2.1.4. gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olması haqqında məlumat;

2.1.5. gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitəsinin gömrük ərazisindən yola düşməsi haqqında məlumat;

2.1.6. xüsusi gömrük proseduruna icazə sahibi tərəfindən icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə biləcək bütün amillər barədə məlumat;

2.1.7. bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində göstərilən sənədlər.

2.2. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir.

2.3. Elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir.

2.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.

2.5. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə aşağıdakı sənədlər gömrük orqanına təqdim edilməlidir:

2.5.1. xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd;

2.5.2. malların və nəqliyyat vasitələrinin daşınması zamanı nəqliyyat növündən asılı olaraq nəqliyyat sənədləri.

2.6. Gömrük sərhədindən keçirilən malların kateqoriyası, malları keçirən şəxs, ixrac ölkəsi və ya malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq bu Qaydaların 2.5-ci bəndində göstərilən sənədlərdən əlavə gömrük bəyannaməsi ilə birlikdə aşağıda sadalanan sənədlərin də təqdim edilməsi tələb olunur:

2.6.1. gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə, şəxsdən ona müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd;

2.6.2. gömrük ödənişlərinin ödənilməsi nəzərdə tutulduqda, onun

ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənəd;

2.6.3. idxal olunan malların bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənəd;

2.6.4. etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya);

2.6.5. gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı;

2.6.6. dövlət baytarlıq nəzarətində olan mallar gömrük ərazisinə idxal edildikdə, baytarlıq sertifikatı;

2.6.7. yeyinti məhsulları gömrük ərazisinə idxal edildikdə, gigiyena sertifikatı;

2.6.8. bitki və bitkiçilik məhsulları gömrük ərazisinə idxal edildikdə, idxal karantin icazəsi, ixrac edildikdə isə fitosanitar sertifikatı;

2.6.9. yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı;

2.6.10. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na 1 və 2 nömrəli əlavələrdə göstərilən mallar gömrük ərazisinə gətirildikdə və ya gömrük ərazisindən aparıldıqda, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və ya müvafiq dövlət orqanlarının rəyləri;

2.6.11. gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215-ci maddəsi, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən keçirildikdə, müvafiq icazə sənədləri;

2.6.12. ixrac nəzarətinə düşən malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti zamanı xüsusi icazə sənədi;

2.6.13. malların gömrük bəyannaməsində göstərilən mənşəyini təsdiq edən sənəd.

2.7. Aidiyyəti dövlət orqanları tərəfindən verilmiş və gömrük orqanlarına təqdim edilmiş bu Qaydaların 2.6-cı bəndində qeyd edilən sənədlərin qüvvədə olma müddətində şəxs tərəfindən onların yenidən gömrük orqanlarına təqdim edilməsi tələb olunmur.

2.8. Ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçinin yazılı müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə verirlər. Gömrük Məcəlləsində ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq, gömrük orqanına təqdim olunmalıdır. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim edir.

 3. Malların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi

3.1. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.

3.2. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunur.

3.3. Müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla, "Yaşıl kanal" buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur.

3.4. "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmaması və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir.

3.5. Gömrük bəyannaməsi kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına təqdim edilə bilər. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim edilə bilər.

3.6. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.

3.7. Bu Qaydaların 3.6-cı bəndində göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanılması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.

3.8. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə təsadüf edərsə, növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.

3.9. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.

3.10. Malları daşıyan nəqliyyat vasitələri bu Qaydaların 3.11-ci bəndində göstərilən hal istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir.

3.11. Dəniz, çay və hava gəmiləri gömrük ərazisinə daxil olduqları və ya bu ərazidən yola düşdükləri su və hava limanlarında bəyan edilir.

3.12. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən bəyan edilir.

3.13. Gömrük bəyannaməsinin, qısa idxal (ixrac) bəyannaməsinin və təkrar ixrac bildirişinin formaları bu Qaydaların 1, 2, 3 və 4 nömrəli əlavələri ilə müəyyən edilir.

 4. Əlavə bəyannamələrin təqdim edilməsi

4.1. Səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük proseduru altında yerləşdirərkən və Gömrük Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı sadələşdirilmiş bəyannamə verilərkən, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilmiş formada əlavə bəyannamə təqdim etməlidir.

4.2. Əlavə bəyannamə bəyannaməçi tərəfindən bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində qeyd olunan sənədlərlə birgə gömrük rəsmiləşdirilməsi zamanı sadələşdirilmiş bəyannamənin verildiyi gömrük orqanına onun verildiyi tarixdən 30 (otuz) gündən gec olmayaraq təqdim edilməlidir.

 5. Dövri bəyannamələrin təqdim edilməsi

5.1. Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları 30 (otuz) gün müddətinə bu Qaydaların 6 nömrəli əlavəsində göstərilmiş formada bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər.

5.2. Gömrük orqanları tərəfindən icazə şəxslər aşağıdakı şərtlərə əməl etdikdə verilir:

5.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq eyni koda malik malların eyni şəxs tərəfindən eyni gömrük orqanında gömrük rəsmiləşdirilməsindən keçirilməklə gömrük ərazisinə gətirilməsi və ya gömrük ərazisindən aparılması nəzərdə tutulduqda;

5.2.2. bir müqavilə əsasında malların gömrük sərhədindən 3 (üç) və ya daha çox partiyalarla 30 (otuz) gün müddətində keçirilməsi nəzərdə tutulduqda;

5.2.3. gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənildikdə.

5.3. Eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq partiyalarla keçirən şəxs onların bir dövri bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına müraciət edir.

5.4. İcazə onun alınması üçün bu Qaydaların 5.2-ci bəndi ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra müvafiq qeydiyyat aparılmaqla verilməlidir.

5.5. Bu Qaydaların 5.2-ci bəndində göstərilən tələblərin yerinə yetirilməməsinə əsas olduqda, icazənin verilməsindən imtina edilir və bu barədə şəxsə dərhal əsaslandırılmış səbəb göstərilməklə, kağız üzərində yazılı və ya elektron formalarda məlumat verilir.

5.6. Malları və nəqliyyat vasitələrini bir dövri bəyannamə əsasında gömrük sərhədindən müntəzəm olaraq keçirmək üçün icazə almış şəxs bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində göstərilən sənədləri dövri bəyannamə ilə birgə icazənin alındığı gömrük orqanına təqdim etməlidir.

5.7. Malların dövri bəyannamə əsasında gömrük rəsmiləşdirilməsi dövri bəyannamənin təsdiq edildiyi gün qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq aparılır.

 6. Natamam bəyannamələrin təqdim edilməsi

6.1. Bəyannaməçi gömrük bəyannaməsini bu Qaydaların 6.3-cü bəndində göstərilən səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları bu Qaydaların 7 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada natamam bəyannamənin verilməsinə icazə verirlər.

6.2. Gömrük orqanları tərəfindən icazə şəxslər aşağıdakı şərtlərə əməl etdikdə verilir:

6.2.1. gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri imkanlar yaradıldıqda;

6.2.2. gömrük borcunun ödənilməsinə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada təminat verildikdə.

6.3. Gömrük bəyannaməsinin təqdim edilməsi aşağıdakı səbəblərə görə mümkün olmadıqda, natamam bəyannamə təqdim edilir:

6.3.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;

6.3.2. gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

6.4. Bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir.

6.5. İcazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir.

6.6. Bu Qaydaların 6.2-ci bəndində göstərilən tələblərin yerinə yetirilməməsinə əsas olduqda, icazənin verilməsindən dərhal imtina edilir və bu barədə şəxsə əsaslandırılmış səbəb göstərilməklə, kağız üzərində yazılı və ya elektron formalarda məlumat verilir.

 7. Malların və nəqliyyat vasitələrinin səlahiyyətli iqtisadi operatorlar tərəfindən bəyan edilməsinin sadələşdirilmiş qaydaları

7.1. Səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük proseduru altında yerləşdirərkən, gömrük orqanlarına bu Qaydaların 8 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamələr təqdim edirlər.

7.2. Sadələşdirilmiş bəyannamələr gömrük orqanlarının səlahiyyətli iqtisadi operatorların elektron məlumat sistemindən məlumatlar əldə edə bilmələri və onların digər gömrük orqanları ilə mübadilə edilməsi üçün lazım olan tələblərə cavab verməsi şərtilə, səlahiyyətli iqtisadi operatorların mallar və nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.

7.3. Səlahiyyətli iqtisadi operatorlar tərəfindən gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan zaman mallara dair sadələşdirilmiş bəyannamə həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına dərhal verilir.

 8. Yardım yüklərinin bəyan edilməsinin sadələşdirilmiş qaydaları

8.1. Gömrük Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına bu Qaydaların 9 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamələr təqdim edilir.

8.2. Gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan zaman yardım yüklərinə dair sadələşdirilmiş bəyannamə həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına dərhal verilir.

8.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə yardım yüklərinin bəyan edilməsinin sadələşdirilməsinin digər qaydaları müəyyən edilə bilər.

 9. Fiziki şəxslər tərəfindən malların bəyan edilməsinin sadələşdirilmiş qaydaları

9.1. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq edilir.

9.2. "Yaşıl kanal" buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur.

9.3. "Qırmızı kanal" buraxılış sistemi bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulur.

9.4. Fiziki şəxslər kağız üzərində yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Qaydaların 9.3-cü bəndində göstərilən "Qırmızı kanal" sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər.

9.5. Kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməli olan malların fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu ərazidən müvəqqəti aparılması da sadələşdirilmiş bəyannamə vasitəsilə bəyan edilir.

9.6. Təbii aşınma və təbii itki halları istisna olmaqla, müvəqqəti gətirilən və müvəqqəti aparılan mallar dəyişdirilməmiş vəziyyətdə geri qaytarılmalıdır.

9.7. Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş və ya müvəqqəti aparılmış malların geri aparılmasının və ya geri gətirilməsinin gömrük rəsmiləşdirilməsi istənilən gömrük orqanında həyata keçirilə bilər.

9.8. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üzrə gömrük borcu, onlar fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən, sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir.

9.9. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na əsasən müəyyən edilir.

 10. Qısa idxal bəyannaməsinin verildiyi hallar

10.1. Gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir:

10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə;

10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

 11. Qısa ixrac bəyannaməsinin verildiyi hallar

11.1. Qısa ixrac bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir:

11.1.1. gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişi tələb olunmadıqda;

11.1.2. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə.

12. Gömrük bəyannaməsinin və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallar

12.1. Gömrük bəyannaməsinin tələb olunmadığı hallar aşağı-dakılardır:

12.1.1. mallara dair təkrar ixrac bildirişi təqdim olunduqda;

12.1.2. gömrük ərazisinə daxil olan ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində mallar daşındıqda.

12.2. Aşağıdakı hallarda təkrar ixrac bildirişi tələb olunmur:

12.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;

12.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılaraq yüklənmiş və ya sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;

12.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

 13. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi və onun təqdim edilməsinin mümkünlüyünün son müddəti

13.1. Qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim edilə bilər.

13.2. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir.

13.3. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir.

13.4. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir.

13.5. Bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.

 14. Gömrük bəyannaməsində düzəlişlər edilməsi, onun geri götürülməsi və ya ləğvi

14.1. Bu Qaydaların 14.2-ci bəndində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlər aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

14.2. Təqdim olunmuş gömrük bəyannaməsində aşağıdakı hallarda düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:

14.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;

14.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

14.2.3. bu Qaydaların 14.3-cü bəndində göstərilən hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.

14.3. Aşağıdakı hallarda gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilir:

14.3.1. gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan başqa məqsədlər üçün istifadə olunduqda;

14.3.2. malların buraxılışının həyata keçirilməsinə baxmayaraq, onlar gömrük nəzarəti zonasını tərk etmədikdə.

14.4. Gömrük bəyannaməsində edilən düzəlişlər onun tətbiq sahəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.

14.5. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyildirlər.

14.6. Bu Qaydaların 14.5-ci bəndi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib olunmasında və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə Gömrük Məcəlləsinin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir.

14.7. Gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər:

14.7.1. mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;

14.7.2. fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda.

14.8. Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük bəyannaməsinin ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra baxılır.

14.9. Bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hallar istisna olmaqla, gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.

14.10. Aşağıdakı hallarda gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilir:

14.10.1. gömrük auditi gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgün olmadığını müəyyən etdikdə;

14.10.2. gömrük auditi şəxsin mallar və nəqliyyat vasitələri barədə sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmədiyini müəyyən etdikdə. 

14.11. Gömrük bəyannaməsinin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini istisna etmir.

 15. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyan edilməsi

15.1. Gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən aparılmazdan əvvəl bəyan edilməlidir.

15.2. Bu Qaydaların 15.1-ci bəndi gömrük ərazisinə daxil olan ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.

15.3. Bu Qaydaların 15.1-ci bəndində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı formalarda ola bilər:

15.3.1. gömrük ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;

15.3.2. Gömrük Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan təkrar ixrac bildirişi;

15.3.3. gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, Gömrük Məcəlləsinin 129-cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.

15.4. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl təqdim olunan gömrük bəyannaməsində ən azı qısa ixrac bəyannaməsi üçün tələb olunan məlumatlar əks olunmalıdır.

15.5. Bu Qaydaların 15.3-cü bəndində nəzərdə tutulmuş gömrük bəyannaməsi, təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanına təqdim edilə bilər.

 16. Malların gömrük ərazisinə gətirilməzdən əvvəl bəyan edilməsi

16.1. Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.

16.2. Bu Qaydaların 16.1-ci bəndi gömrük ərazisinə daxil olan ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.

16.3. Bu Qaydaların 16.1-ci bəndində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı formalarda ola bilər:

16.3.1. gömrük ərazisinə gətirilən mallar gömrük bəyannaməsi tələb olunan gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;

16.3.2. gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək, qısa idxal bəyannaməsi;

16.3.3. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda, natamam bəyannamə;

16.3.4. yardım yüklərinin və səlahiyyətli iqtisadi operatorlar tərəfindən gömrük ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi məqsədi ilə sadələşdirilmiş bəyannamə.

16.4. Bu Qaydaların 16.3-cü bəndində göstərilən bəyannamələr gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanına təqdim edilə bilər.

 17. Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən müvafiq məlumatların gömrük orqanlarına əvvəlcədən təqdim edilməsi

17.1. Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakılar barədə məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər:

17.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

17.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;

17.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;

17.1.4. təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;

17.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;

17.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

17.2. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:

17.2.1. nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən, daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməlidir;

17.2.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməlidir;

17.2.3. nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.

17.3. Nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra 1 (bir) saat müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat müddətində verilməlidir.

17.4. Bu Qaydaların 17.1-ci bəndində göstərilən məlumatlar gömrük orqanlarına nəqliyyat vasitəsinə görə məsul şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.

17.5. Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, Gömrük Məcəlləsinin tələbləri nəzərə alınmaqla, müvafiq gömrük orqanına bəyan edilməlidir.

 18. Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən müvafiq məlumatların gömrük orqanlarına əvvəlcədən təqdim edilməsi

18.1. Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər.

18.2. Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirilmənin aparılması üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.

18.3. Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən, bu Qaydaların 19-cu hissəsinin tələbləri nəzərə alınmaqla, bu barədə müvafiq gömrük orqanına bəyan edilməlidir.

18.4. Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılmadan, onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər.

18.5. Bu hissənin tələbləri Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri barəsində tətbiq edilmir.

 19. Gömrük ərazisinə yüksüz və sərnişinsiz daxil olan və ya bu ərazidən yüksüz və sərnişinsiz yola düşən nəqliyyat vasitələrinin bəyan edilməsi

19.1. Bu Qaydaların məqsədləri üçün yüksüz və sərnişinsiz nəqliyyat vasitələri dedikdə, gömrük ərazisinə daxil olan və ya bu ərazidən yola düşən zaman sərnişinlər və yüklər olmadan beynəlxalq daşınmada istifadə olunan hava, dəmiryol, dəniz, daxili su və avtomobil nəqliyyatı vasitələri başa düşülür.

19.2. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən, nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd gömrük orqanına təqdim edilməklə bəyan olunur.

19.3. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəddə aşağıdakı məlumatlar göstərilməlidir:

19.3.1. nəqliyyat vasitəsinin texniki göstəriciləri;

19.3.2. sürücü haqqında məlumat;

19.3.3. nəqliyyat vasitəsinin heyət üzvləri, boşaldılmış və ya yüklənilməsi nəzərdə tutulmuş sərnişinlər və ya yük, hərəkət istiqaməti və marşrut haqqında məlumatlar.

 20. Gömrük sərhədindən keçirilən nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatların bəyan edilməsi

20.1. Nəqliyyat vasitələrində istifadə və istismar üçün ehtiyatların bəyan edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 dekabr tarixli 324 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturası, çeşidi, miqdarı və onların gömrük rüsumlarından və vergilərdən azadolma şərtləri"nin 2.1.2-ci yarımbəndinə əsasən ehtiyatlar hesab olunan mallara dair sənədlərin kağız üzərində yazılı və ya elektron formalarda aidiyyəti gömrük orqanına təqdim edilməsi ilə həyata keçirilir.

20.2. Ehtiyatlar hesab olunan mallara dair sənədlərlə müşayiət olunmayan nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatların bəyan edilməsi ümumi qaydada həyata keçirilir.

20.3. Dəniz, çay və hava gəmilərində istifadə və istismar üçün ehtiyatlar gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanlarında, digər nəqliyyat vasitələrinə dair ehtiyatlar isə gömrük sərhədindən keçirilərkən bəyan edilir.

 21. Şəxslərin gömrük ərazisinə daxil olduqları andan etibarən dərhal bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməsi

21.1. Şəxslər gömrük ərazisinə daxil olduqları andan dərhal bu barədə həmin ərazidəki gömrük orqanının vəzifəli şəxslərinə gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemlərindən istifadə edərək məlumat verməlidirlər.

21.2. Gömrük ərazisinə daxil olmuş nəqliyyat vasitəsindən düşən şəxslər gömrük orqanının vəzifəli şəxslərindən başqa göstəriş almadıqda, gömrük nəzarəti zonasına getməklə və gömrük nəzarətinin həyata keçirildiyi müddətdə orada qalmaqla, gömrük orqanının vəzifəli şəxslərinə məlumat vermiş hesab edilirlər.

21.3. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindəki şəxslər həmin nəqliyyat vasitəsindən düşmə ilə əlaqədar gömrük orqanının vəzifəli şəxslərinin bütün göstərişlərinə əməl etməlidirlər.

21.4. Gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitəsindən düşən şəxs:

21.4.1. ona məxsus müşayiət olunan baqajın gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən yoxlanılmasına şərait yaratmalıdır;

21.4.2. ona məxsus müşayiət olunan baqajın gömrük nəzarəti zonası daxilində hərəkəti və ya nəqliyyat vasitəsindən götürülüb gömrük nəzarəti zonasına aparılması ilə bağlı gömrük orqanının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.

 

4 Avqust 2014, 09:08

http://cabmin.gov.az/

141—150 / 10511

8 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 738-VIQD nömrəli Qanununun tətbiqi və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 719-VIQD nömrəli Qanununun tətbiqi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

8 Fevral 2023, 08:02

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...