Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049; 2020, № 2, maddə 96; 2022, № 8, maddə 871; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 dekabr tarixli 1910 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin bənddə “siyasətin” sözü “dövlət siyasətinin” sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Xidmətin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.”;

1.3. 2.2-ci bənd üzrə:

1.3.1. 2.2.1-ci yarımbənddə “vahid siyasətin” sözləri “dövlət siyasətinin” sözləri ilə əvəz edilsin;

1.3.2. 2.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.3. ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;”;

1.3.3. 2.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.4. öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları və sənədləri toplamaq və təhlil etmək;”;

1.4. 3.1-ci bənd üzrə:

1.4.1. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. Qanuna uyğun olaraq müvafiq sahədə monitorinqi həyata keçirmək, öhdəlik daşıyan şəxslər, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplamaq və şübhəli halların müəyyən edilməsi, o cümlədən risk qiymətləndirməsinin aparılması məqsədilə taktiki, strateji təhlil metodlarından istifadə etməklə təhlil etmək, şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirmək, həmçinin təhlilin nəticələrinə əsasən tədbirlər görmək;”;

1.4.2. 3.1.3-cü, 3.1.13-cü və 3.1.24-cü yarımbəndlərdən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

1.4.3. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.5. öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Qanunda nəzərdə tutulmuş məlumat və sənədlərin Xidmətə təqdim edilməsi qaydasını müəyyən etmək;”;

1.4.4. 3.1.6-cı yarımbənddə “sadələşdirilmiş eyniləşdirilmə və verifikasiya qaydasını” sözləri “müştəri uyğunluğu tədbirlərinə, o cümlədən sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələbləri” sözləri ilə əvəz edilsin;

1.4.5. 3.1.7 – 3.1.12-ci, 3.1.14-cü və 3.1.15-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.7. Qanuna uyğun olaraq maliyyə institutlarının Xidmətə məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların və maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddini müəyyən etmək;

3.1.8. yüksək riskli zonaların siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsaslara uyğun olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla müəyyənləşdirmək, bu siyahını, habelə FATF tərəfindən edilmiş çağırışları birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərmək, FATF tərəfindən edilmiş çağırışların mətnini rəsmi internet informasiya ehtiyatında dərc etmək;

3.1.9. aşkar edilmiş risklərə uyğun olaraq yüksək riskli zonalara münasibətdə tətbiq edilən konkret məhdudiyyətlərin və xüsusi tələblərin növünü və müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq müəyyənləşdirmək və öhdəlik daşıyan şəxslərə birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə göndərmək;

3.1.10. öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən etmək;

3.1.11. yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını müəyyən etmək;

3.1.12. öhdəlik daşıyan şəxslərin, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin geriyə məlumatlandırma prosedurunu müəyyən etmək;”;

“3.1.14. aparılmış təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətlərini müəyyən etdikdə, bu barədə məlumat və sənədləri dərhal istintaq aidiyyəti üzrə cinayət təqibi orqanına təqdim etmək və görülmüş tədbirlər barədə məlumat almaq;

3.1.15. öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin sistemli pozulması ilə bağlı hallar aşkar etdikdə, bu barədə məlumatı qanunvericiliklə müəyyən edilmiş məsuliyyət və digər tədbirlərin tətbiqi üçün aidiyyəti nəzarət orqanına təqdim etmək və görülmüş tədbirlər barədə həmin orqandan məlumat almaq;”;

1.4.6. 3.1.16-cı yarımbəndin 2 – 4-cü abzaslarından “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

1.4.7. 3.1.16-1-ci yarımbənddə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “Qanunun” sözü ilə, “siyasətin” sözü “dövlət siyasətinin” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

1.4.8. 3.1.17-ci yarımbənddən “yoxlamaların aparılmasını təmin etmək və” sözləri çıxarılsın;

1.4.9. 3.1.19-cu və 3.1.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.19. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinə həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq nəzarət etmək, həmin Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb öhdəlik daşıyan şəxsləri, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxsləri, habelə digər fiziki şəxsləri və qurumları məlumatlandırmaq;”;

“3.1.21. öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, habelə xarici tərəfdaşların təqdim etdikləri məlumatlar üzrə onların geriyə məlumatlandırılmasını həyata keçirmək;”;

1.5. 3.2-ci bənd üzrə:

1.5.1. 3.2.3 – 3.2.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.2.3. Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada öhdəlik daşıyan şəxslərə sorğu göndərməklə onlardan məlumatlar əldə etmək, əməliyyatların icrasını dayandırmaq, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər vermək;

3.2.4. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar daxil olan məlumat və sənədlərin (o cümlədən xarici ölkələrin müvafiq səlahiyyətli orqanlarının sorğularının) araşdırılması məqsədilə nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən (ehtiyatlarından) məlumatları Qanunun 14.5-ci maddəsinə müvafiq olaraq elektron qaydada almaq;

3.2.5. öz vəzifələrinin icrası ilə əlaqədar öhdəlik daşıyan şəxslərə, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə, nəzarət orqanlarına və digər dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumat və sənədlər barədə sorğu vermək, eləcə də onlardan belə məlumat və sənədləri almaq;”;

1.5.2. aşağıdakı məzmunda 3.2.5-1-ci yarımbənd əlavə edilsin:

“3.2.5-1. qeyri-maliyyə institutları və peşə sahibləri, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən Qanunun tələblərinə riayət edilməməsi ilə bağlı Qanunun 14.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tədbirlər görmək;”;

1.5.3. 3.2.6-cı yarımbənddə “20.1-ci maddəsində” sözləri “22.1-ci və 22.2-ci maddələrində” sözləri ilə, “məlumatlara dair xarici ölkələrin müvafiq səlahiyyətli orqanlarına” sözləri “məlumat və sənədlərə dair xarici tərəfdaşlarına” sözləri ilə, “məlumatları” sözü “məlumat və sənədləri” sözləri ilə əvəz edilsin;

1.5.4. 3.2.8-ci yarımbənddə “digər ölkələrin səlahiyyətli orqanları” sözləri “xarici tərəfdaşları” sözləri ilə, “xarici ölkələrin müvafiq orqanlarının” sözləri “onların xarici tərəfdaşlarının” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə “məlumat” sözündən sonra “və sənədlərin” sözləri əlavə edilsin;

1.5.5. 3.2.9-cu yarımbənddə “ölkələrin müvafiq səlahiyyətli orqanları” sözləri “tərəfdaşları” sözü ilə, “məlumatın” sözü “məlumat və sənədlərin” sözləri ilə, “səlahiyyətli orqanlardan” sözləri “xarici tərəfdaşlardan” sözləri ilə və “məlumatların” sözü “məlumat və sənədlərin” sözləri ilə əvəz edilsin;

1.5.6. 3.2.10-cu yarımbənddə “ölkələrin müvafiq səlahiyyətli orqanları” sözləri “tərəfdaşları” sözü ilə əvəz edilsin;

1.5.7. 3.2.18-ci yarımbənddə “monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin” sözləri “öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəz edilsin;

1.6. 4.5.9-cu yarımbənddən “Qanunun 17-1-ci maddəsinin tələblərini nəzərə almaqla” sözləri çıxarılsın.

2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 79; 2010, № 2, maddə 80, № 3, maddə 192, № 8, maddə 725; 2014, № 7, maddə 813, № 9, maddə 1027, № 10, maddə 1195; 2015, № 2, maddə 123; 2016, № 3, maddə 443, № 9, maddə 1480; 2018, № 5, maddə 913, № 7 (I kitab), maddə 1500, № 10, maddə 2005, № 11, maddə 2291; 2022, № 5, maddə 467, № 8, maddə 867) ləğv edilsin.

3. Bu Fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2023-cü il

1 Fevral 2023, 08:02

http://www.azertag.az

511—520 / 10511

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Avqust 2022, 15:08

Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...