Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298, № 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368, № 5, maddə 814, № 8, maddə 1375; 2020, № 6, maddə 670, № 7, maddə 832; 2021, № 8, maddə 894; 2022, № 2, maddə 91) aşağıdakı məzmunda 110.6-cı maddə əlavə edilsin:

“110.6. Mənzil-tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər notariat qaydasında təsdiqlənməlidir.”.

Maddə 2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423; 2017, № 5, maddə 741, № 7, maddə 1291; 2018, № 5, maddə 847; 2019, № 1, maddə 30, № 3, maddə 387; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 14-1-ci maddənin adından və 14-1.2-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

2.2. 14-1.1-ci maddəyə “sərvətlərinin” sözündən sonra “və milli valyutanın” sözləri, “olunmuş” sözündən sonra “məlumat və” sözləri əlavə edilsin, həmin maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddədə “məlumatı” sözü “məlumat və sənədləri” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017, № 11, maddələr 1323, 1335; 2021, № 12, maddə 1312; 2022, № 8, maddə 827) 15.9.3-cü maddəsindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın, həmin maddəyə “orqanına,” sözündən sonra “nəzarət orqanlarına,” sözləri əlavə edilsin və həmin maddədə “monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 16.1.9-cu, 16.2.7-ci və 31.1-ci maddələrdən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddələrdə “Azərbaycan Respublikası Qanununun” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının” sözləri ilə əvəz edilsin;

4.2. 25.1.4-cü maddədə “və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının” sözləri ilə əvəz edilsin;

4.3. 25.1.7-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddədə “sistemini” sözü “proqramını” sözü ilə əvəz edilsin;

4.4. 37.1-ci maddənin üçüncü abzasından “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

4.5. 39.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“39.2. Banklar ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədlərin, müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin, işgüzar yazışmaların, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədlərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd olunan müddətdə saxlanılmasını təmin etməlidirlər.”;

4.6. 42-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 42. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

42.1. Kredit təşkilatları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.

42.2. Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidirlər.

42.3. Uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.

42.4. Bu Qanunun 42.1–42.3-cü maddələrində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.”;

4.7. 47.1-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddədə “Azərbaycan Respublikası Qanununun və” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, həmçinin” sözləri ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 470; 2007, № 10, maddə 934; 2009, № 1, maddə 7; 2010, № 3, maddə 173; 2013, № 11, maddə 1273; 2017, № 5, maddə 710; 2018, № 5, maddə 840) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 5.8-ci maddədən “pul vəsaitlərinin və ya digər” və “dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək,” sözləri çıxarılsın;

5.2. 7.11-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın.

Maddə 6. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558, № 8, maddə 896, № 11, maddə 1206, № 12, maddələr 1298, 1320) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.2.9-cu maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

6.2. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 13. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

13.1. Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.

13.2. Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri qanunla müəyyən olunmuş hallarda və qaydada sığortalıya, sığorta olunana, faydalanan şəxsə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidirlər.

13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələrində qeyd olunan tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.”;

6.3. 29.1.10.6-cı, 95.1.5-ci və 124.2-ci maddələrdən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddələrdə “Azərbaycan Respublikası Qanununun” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının” sözləri ilə əvəz edilsin;

6.4. 106.1.7-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddədə “Azərbaycan Respublikasının Qanununda” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri ilə əvəz edilsin;

6.5. 123.2-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın, həmin maddədə “eyniləşdirilməsi və verifikasiyası” sözləri “müştəri uyğunluğu tədbirlərinə dair məlumat və” sözləri ilə, “10-cu” sözü “6-cı” sözü ilə əvəz edilsin.

Maddə 7. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 40.1.3-cü maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın, həmin maddədə “7.3-cü” sözü “9.5-ci” sözü ilə əvəz edilsin, həmin maddəyə “dövlətlərin” sözündən sonra “(ərazilərin)” sözü, “dövlətlərdə” sözündən sonra “(ərazilərdə)” sözü əlavə edilsin;

7.2. 41.2-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddədə “Azərbaycan Respublikasının Qanununda” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri ilə əvəz edilsin;

7.3. 53-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 53. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

53.1. İnvestisiya fondu və bu fondun idarəçisi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir.

53.2. İnvestisiya fondu və bu fondun idarəçisi qanunla müəyyən edilmiş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidir.

53.3. Bu Qanunun 53.1-ci və 53.2-ci maddələrində qeyd olunan tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.”.

Maddə 8. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 28.3-cü maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin maddədə “monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

8.2. 62.4.4-cü maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın, həmin maddədə “7.3-cü” sözü “9.5-ci” sözü ilə əvəz edilsin, həmin maddəyə “dövlətlərin” sözündən sonra “(ərazilərin)” sözü, “dövlətlərdə” sözündən sonra “(ərazilərdə)” sözü əlavə edilsin;

8.3. 63.5-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın.

Maddə 9. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333; 2021, № 12, maddə 1310; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 687-VIQD nömrəli Qanunu) 3.4.13-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4.14-3.4.16-cı maddələr əlavə edilsin:

“3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər;

3.4.15. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər;

3.4.16. rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər.”.

Maddə 10. Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

1 Fevral 2023, 08:02

http://www.azertag.az

201—210 / 10511

26 Yanvar 2023, 14:01

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 Yanvar 2023, 14:01

Ə.C.Əhmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 Yanvar 2023, 14:01

Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 666-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...